www.nice.az > Xəbərlər > Günün tarixi [o5.o5.11]

Günün tarixi [o5.o5.11]


5 may 2011. Müəllif: GHoSTMaN
Günün tarixi [o5.o5.11]

5 may. İlin sonuna 240 gün qalır.

1818-ci il - Alman filosof, iqtisadçı Karl Marks anadan olub

1821-ci il - Fransız imperator Napoleon Bonapart vəfat edib

1892-ci il - Şair Əhməd Cavad (Axundzadə Cavad Məhəmmədəli oğlu) anadan olub

1920-ci il - Lenin “müstəqil Azərbaycan Sovet Respublikasının” təşkili münasibətilə RSFSR Xalq Komissarları Soveti adından Azərbaycan Sovet hökumətinə təbrik teleqramı göndərib

1920-ci il - Azərbaycan İnqilab Komitəsi xanların, bəylərin, mülkədarların, həmçinin monastır kilsə və məscidlərin torpaqlarının, vəqf yerlərinin müsadirə edilib kəndlilərə paylanması haqqında dekret verib

1920-ci il - Azərbaycan Kommunist Partiyası (AKP) Bakı təşkilatının Birinci ümumbakı leqal konfransı başlayıb

1924-cü il - AKP-nin 6 qurultayı başlayıb

1955-ci il - Almaniya Federativ Respublikası NATO-ya daxil olub

1963-cü il - ABŞ-da ilk dəfə qara ciyər implantasiyası həyata keçirilib

1990-cı il - Misirşünaslar və İT mütəxəssisləri birgə səyi nəticəsində heroqlifləri yazmağa imkan verən kompüter proqramı hazırlanıb

2000-ci il - Əhməd Nejdət Sezər Türkiyənin 10-cu prezidenti seçilib. O, vəzifəsinin icrasına 16 mayda başlayıb

2002-ci il - Jak Şirak Fransa prezidenti seçilib.