www.nice.az > Xəbərlər > Günün tarixi [o4.o5.11]

Günün tarixi [o4.o5.11]


4 may 2011. Müəllif: GHoSTMaN
Günün tarixi [o4.o5.11]

4 may. İlin sonuna 241 gün qalır.

1807-ci il - Fransa ilə Qacarlar arasında “Finkenşteyn” sazişi imzalanıb. Bu sazişlə Fransa Rusiyaya qarşı Qacarlara kömək göstərməliydi. Ancaq Napoleon bunu etməyib

1814-cü il - Napoleonun Elba adasında sürgün həyatı başlayıb

1904-cü il - Panama kanalının yarımçıq qalan tikintisi yenidən başlanıb

1910-cu il - Kanadada hərbi dəniz donanması təşkil edilib

1920-ci il - 11-ci Qızıl Ordu bölmələri Astaraya daxil olub

1928-ci il - Misirin keçmiş prezidenti Hüsnü Mübarək anadan olub

1960-cı il - SSRİ Nazirlər Soveti yeni pulların dövriyyəyə buraxılması barədə fərman verib. Yeni pullar (sovet rublu) 1 yanvar 1961-dən tədavülə buraxılıb

1966-cı il - İtaliyanın Torino şəhərində SSRi və İtaliya arasında avtomobil zavodu tikmək barədə saziş imzalanıb. İlk avtomobil (VAZ 2101) 19 aprel 1970-də istehsal edilib

1990-cı il - Latviya SSR Ali Soveti ölkənin SSRİ tərkibindən çıxması barədə qərar qəbul edib

1993-cü il - Qırğızıstanda konstitusiya qəbul edilib

1994-cü il - Avropa Parlamenti Finlandiya, Norveç və Avstriyanın 1 yanvar 1995-dən etibarən Avropa Birliyinə qəbul edilməsinə səs verib

1994-cü il - Azərbaycan NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramına qoşulub.