www.nice.az > Xəbərlər > Günün tarixi [o3.o5.11]

Günün tarixi [o3.o5.11]


3 may 2011. Müəllif: GHoSTMaN
Günün tarixi [o3.o5.11]

3 may. İlin sonuna 242 gün qalır.

1494-cü il - Xristofor Kolumb Yamayka adasını kəşf edib

1469-cu il - İtalyan mütəfəkkir Nikollo Makiavelli anadan olub

1481-ci il - Fateh Sultan Mehmet anadan olub

1791-ci il - Avropada ilk dəfə olaraq Polşada konstitusiya qəbul edilib

1902-ci il - ABŞ-da “Pepsi Cola” şirkəti təsis edilib

1907-ci il - “Fənərbağça” idman klubu təsis edilib

1907-ci il - Rus imperiyasında hərbi səhra məhkəmələri təsis edilib

1920-ci il - 11-ci Qızıl Ordu hissələri Lənkərana daxil olub. Lənkəranda sovet hakimiyyəti qurulub

1922-ci il - 28 apreldə başlayan II Ümumazərbaycan sovetlər qurultayı başa çatıb. Qurultayda ərzaq vergisi haqqında dekret qəbul edilib

1938-ci il - Aktyor Kamal Xudaverdiyev anadan olub

1944-cü il - Türkiyədə bu tarix “Türkçülük günü” elan edilib

1950-ci il - Türkiyədə “Milliyyet” qəzetinin ilk nüsxəsi işıq üzü görüb

1950-ci il - Çində qadınlar kişilərlə bərabər hüquq əldə edib

1953-cü il - Berlində “Alman dalğası” (“Deutsche Welle”) radiosu efirə çıxıb

1979-cu il - Marqaret Tetçer İngiltərənin ilk qadın baş naziri kimi tarixə düşüb

1985-ci il - İngiltərə və Fransa arasında La-Manş boğazında sualtı tunel tikilişi barədə razılıq əldə edilib

1992-ci il - Türkiyənin baş naziri Süleyman Dəmirəl AXC sədri Əbülfəz Elçibəylə görüşüb

1992-ci il - Bakının Azadlıq meydanında türk xalqlarının həmrəylik günü münasibəti ilə izdihamlı mitinq keçirilib.