www.nice.az > Xəbərlər > "Ermənistanda çıxış etməyə hazırıq.."
"Ermənistanda çıxış etməyə hazırıq.."3 may 2011. Müəllif: fidaska |
![]() "Eurovision" müsabiqəsi üzrə Azərbaycanın təşkilat komitəsi Eldar Qasımov və Nigar Camalın açıqlamasına münasibət bildirib. Komitədən APA-ya bildirilib ki, təmsilçilərin cavabı yerində və düzgün cavabdır: "Bu sual qaraşısında doğru cavab verilib. Musiqi və idman yarışları sərhəd tanımır. Bu cür yarışmalara siyasi don geyindirmək düzgün olmaz. Biz də bu kimi və digər yarışlarda qapımızı Ermənistanan açırıq. Qaldı ki, Eldar və Nigarın Ermənistanda çıxışına, bu təmsilçilər Düsseldorfda çıxış edəcəklər və başqa sözə ehtiyac yoxdur. Digər tərəfdən bu qərar tək təmsilçilər tərəfindən verilmir". Azərbaycanı "Eurovision-2011" mahnı müsabiqəsində təmsil edən Eldar Qasımov və Nigar Camal "Komsomolskaya Pravda" qəzetinin keçirdiyi oxucu suallarını cavablandırarkən Ermənistanda çıxış etməyə hazır olduqlarını bildiriblər. Bunu onlar ukraynalı oxucunun "Eurovision-2011" Ermənistanda keçirilsəydi, ora gedərdinizmi?" sualına cavab verərkən deyiblər. "Biz həmişə bütün ölkələrdən olan dəvətləri gözləyirik. Musiqi və incəsənət milli məsələ deyil. Biz hər yerdə keçirilən konsertlərdə iştirak etməyə şad olardıq" - deyə Eldar və Nigar vurğulayıblar. Qeyd edək ki, Ermənistanı bu ilki müsabiqədə müğənni Emmi təmsil edir. N.Camal və E.Qasımov mayın 10-da keçiriləcək I yarımfinalda Albaniya, Finlandiya, Macarıstan, Litva, İsveçrə, Norveç, Gürcüstan, Türkiyə, Malta, Xorvatiya, San-Marino, Serbiya, Rusiya, İslandiya, Yunanıstan, Portuqaliya, Polşa və Ermənistan iştirakçıları ilə mübarizə aparacaq. Mayın 12-də II yarımfinal İsrail, Makedoniya, Danimarka, Belarus, Niderland, Bolqarıstan, Latviya, Bosniya və Hersoqovina, Ukrayna, Kipr, Estoniya, Rumıniya, Avstriya, Sloveniya, İsveç, Moldova, Belçika, İrlandiya və Slovakiya iştiraçılarının iştirakı ilə keçiriləcək. İki gün sonra - mayın 14-də final keçiriləcək. |