www.nice.az > Xəbərlər > Günün tarixi [18.o4.11]

Günün tarixi [18.o4.11]


18 aprel 2011. Müəllif: GHoSTMaN
Günün tarixi [18.o4.11]

18 aprel. İlin sonuna 257 gün qalır.

1791-ci il - İngilis parlamenti Afrikada köləliyin ləğvinin əleyhinə səs verib

1853-cü il - Asiyada ilk dəmir yol xətti (Bombey ∓ Tanna, 35 km) açılıb

1897-ci il - Aktrisa Şövkət Məmmədova Tiflisdə anadan olub

1909-cu il - Vatikan fransız milli qəhrəmanı Janna Darkı müqəddəslər sırasına daxil edib

1922-ci il - Keçmiş SSRi-də ilk avtobus marşrutları paytaxt Moskvada açılıb

1941-ci il - Almaniyada seriya ilə buraxılan ilk hərbi təyyarə olan “Messerschmidt Me.262”-nin istehsalına başlanıb

1946-cı il - BMT fəaliyyətə başladığı üçün Millətlər Cəmiyyəti buraxılıb

1954-cü il - Polkovnik Camal Əbdül Nasir Misirin baş naziri və hərbi qubernatoru seçilib

1955-ci il - Görkəmli fizik Albert Eynşteyn vəfat edib

1961-ci il - Diplomatik əlaqələr üzrə Vyana Konvensiyası qəbul edilib

1991-ci il - Şair Tofiq Bayram vəfat edib

1996-cı il - İsrail aviasiyasının qaçqın düşərgəsini bombalaması zamanı mindən çox livanlı həlak olub

2001-ci il - Daşkənddə Azərbaycan və Özbəkistan arasında 2001-2010-cu illər üzrə iqtisadi əməkdaşlıq haqqında Saziş imzalanıb

2002-ci il - Norveçli səyyah Tur Heyerdal vəfat edib. Görkəmli səyyah Azərbaycan SSR-ə ilk dəfə 1981-ci ildə gəlib. Müstəqil Azərbaycana isə o, 2000-ci ilin sentyabrında ayaq basıb.