www.nice.az > Xəbərlər > Günün tarixi [o2.o5.11]
Günün tarixi [o2.o5.11]2 may 2011. Müəllif: GHoSTMaN |
![]() 2 may. İlin sonuna 243 gün qalır. 1519-cu il - İtalyan mühəndis və rəssamı Leonardo da Vinçi vəfat edib 1668-ci il - Fransa və İspaniya arasında “Birinci Aahen sazişi†imzalanıb 1920-ci il - 28 apreldən 2 may tarixinədək Bakıdan sovet Rusiyasına 1,3 milyon pud (1 pud = 16 kq) neft göndərilib. Bu hadisə Rusiyada iqtisadi canlanmaya səbəb olub 1920-ci il - Kirov və Orcanikidze Bakıdan Leninə teleqram vuraraq N.Nərimanova səlahiyyət verilməməsini tələb ediblər. Teleqramın şifrəsi 1969-cu ildə açılıb 1930-cu il - Bakıda M.F.Axundovun abidəsi açılıb 1930-cu il - Qorki Avtomobil Zavodunun (QAZ) təməli qoyulub 1935-ci il - SSRİ və Fransa arasında qarşılıqlı yardım haqqında saziş imzalanıb 1941-ci il - AR XİN-in Diplomatik Akademiyasının rektoru Hafiz Paşayev anadan olub 1952-ci il - London və Nyu-York arasında müntəzəm aviareyslər açılıb 1955-ci il - Hindistanda kasta mənsubiyyətinə görə diskriminasiya qadağan edilib 1975-ci il - Futbolçu Devid Bekhem anadan olub 1980-ci il - II İohan Pavel Kinşasa (Konqo) şəhərinə səfərə gedib. Bu, tarixdə Roma papasının Afrikaya ilk səfəri idi 1989-cu il - Macarıstan və Avstriya arasındakı “Dəmir pərdə†qalxıb 1997-ci il - Toni Bleyr İngiltərənin baş naziri seçilib 1998-ci il - Brüsseldə Avropa Mərkəzi Bankı təsis edilib. Bankın məqsədi Avropa pul siyasətini tənzimləməkdir 2002-ci il - Bakıda sərbəst güləş üzrə 45-ci Avropa çempionatı açılıb. |