www.nice.az > Xəbərlər > Günün tarixi [o1.o5.11]

Günün tarixi [o1.o5.11]


1 may 2011. Müəllif: GHoSTMaN
Günün tarixi [o1.o5.11]

1 may. İlin sonuna 244 gün qalır.

1797-ci il - Venesiya Respublikası Avstriyaya ilhaq edilib

1834-cü il - Britaniyaya məxsus bütün ərazilərdə köləlik ləğv edilib

1873-cü il - Şotland missioner, Afrikanın tədqiqatçısı David Livinqston vəfat edib

1884-cü il - Amerikalı işçilər 8 saatlıq iş vaxtı tələbi ilə nümayiş keçiriblər. Sonradan bu tarix zəhmətkeşlərin bayramı kimi qeyd edilib. Keçmiş SSRİ-də 1918-1990-cı illərdə 1 may hər il bayram kimi qeyd edilib

1910-cu il - Müğənni Sürəyya Qacar anadan olub

1920-ci il - “Kommunist” qəzeti Bakıda rus dilində nəşr edilməyə başlayıb

1920-ci il - Rus hərbi donanması Bakı limanına daxil olub

1929-cu il - Azərbaycanın əməkdar jurnalisti Sona Bağırova anadan olub

1948-ci il - Koreya Xalq Demokratik Respublikası elan edilib

1950. Tarixi roman ustası, jurnalist və tərcüməçi Məmməd Səid Ordubadi vəfat edib

1959-cu il - Aktrisa Firəngiz Mütəllimova anadan olub

1960-cı il - ABŞ-a məxsus “Lockheed U-2” casus təyyarəsi Ural üzərində 19 000 metr yüksəklikdə vurulub. Pilot Frensis Qari paraşütlə atılaraq salamat qalıb. Sverdlovsk əhalisi onu tutaraq milisə təhvil verib. Təyyarənin vurulması Sovet ∓ ABŞ münasibətlərini daha da gərginləşdirib

1962-ci il - Fransa ilk dəfə yeraltı nüvə sınağı keçirib

1970-ci il - Amerika ordusu Kambocaya daxil olub

1992-ci il - Türkmənistanda latın əlifbasına keçilib

1999-cu il - Avropa Birliyinin əsasını qoyan Amsterdam Sazişi qüvvəyə minib

2004-cü il - Yunan Kipri, Macarıstan, Latviya, Litva, Malta, Polşa, Slovakiya, Sloveniya, Çexiya və Estoniya Avropa Birliyinə daxil olub. Bu, təşkilatın tarixində ən irimiqyaslı genişlənmədir

2007-ci il - Türkiyə Konstitusiya məhkəməsi prezident seçkilərinin ilk turunun nəticələrini ləğv edib

2009-cu il - Prezident İlham Əliyev Neft Akademiyasında həlak olanların ailələrinə 30 000 manat, xəsarət alanlara isə 15 000 manat təzminat ödənilməsi barədə sərəncam imzalayıb.