www.nice.az > Xəbərlər > Günün tarixi [2o.o4.11]

Günün tarixi [2o.o4.11]


20 aprel 2011. Müəllif: GHoSTMaN
Günün tarixi [2o.o4.11]

20 aprel. İlin sonuna 255 gün qalır.

1656-cı il - Rusiyada gümüş sikkələr mislə əvəz edilib

1889-cu il - Adolf Hitler anadan olub

1902-ci il - Pyer və Mari Kürilər ilk dəfə radium əldə edib

1906-cı il - İlk azərbaycanlı musiqişünas qadın Xurşid Ağayeva anadan olub

1916-cı il - Aktrisa Nəsibə Zeynalova anadan olub

1917-ci il - Bakıda Qafqaz müsəlmanlarının qurultayı başa çatıb

1922-ci il - Cənubi Osetiya MSSR təşkil edilib

1924-cü il - Türkiyədə Konstitusiya qəbul edilib

1940-cı il - ABŞ-da ilk elektron mikroskop nümayiş etdirilib

1944-cü il - Xanəndə Cabbar Qaryağdıoğlu vəfat edib

1964-cü il - Milli qəhrəman Rəfael Həbibov anadan olub

1978-ci il - Sovet qırıcıları Koreyaya məxsus “Boeing”i donmuş gölə enməyə məcbur edib. Hadisə nəticəsində 2 nəfər həlak olub, 107 nəfər isə xilas edilib

1992-ci il - Azərbaycan Respublikası Estoniya ilə diplomatik əlaqələr qurub

1993-cü il - Daşkəndə 6 MDB dövləti arasında Kollektiv təhlükəsizlik sazişi imzalanıb

1997-ci il - Prezident Heydər Əliyev “Kitabi Dədə Qorqud dastanının 1300 illiyinin qeyd edilməsi Haqqında” fərman verib

2001-ci il - Çin rəsmiləri homoseksualizmi psixi xəstəliklər siyahısından çıxarıb

2004-cü il - Azərbaycan Respublikası Paraqvay və Eritreya ilə diplomatik əlaqələr qurub

2007-ci il - Yasamal rayon məhkəməsinin hökmü ilə jurnalist Eynulla Fətullayev 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.