www.nice.az > Xəbərlər > Günün tarixi [3o.o4.11]
Günün tarixi [3o.o4.11]30 aprel 2011. Müəllif: GHoSTMaN |
![]() 30 aprel. İlin sonuna 245 gün qalır. 1777-ci il - Alman fizik Karl Fridrix Qaus anadan olub 1789-cu il - ABŞ-ın ilk prezidenti Corc Vaşinqtonun andiçmə mərasimi keçirilib 1897-ci il - İngilis fizik Jozef Tomson elektronu kəşf etdiyini açıqlayıb 1900-cu il - Havay adaları ABŞ-ın tərkibinə qatılıb 1920-ci il - Azərbaycan İnqilab Komitəsinin orqanı olan “Kommunist†qəzetinin ilk sayı çapdan çıxıb 1920-ci il - 11-ci Qızıl ordunun dəstəyi ilə Salyan və Şamaxıda sovet hakimiyyəti qurulub 1920-ci il - Bakıdan Rusiyaya neft göndərilməsinə başlanıb. 2 may tarixədək sovet Rusiyasına 1.3 milyon pud neft göndərilib (1 pud = 16 kq) 1934-cü il - Avstriyanın yeni Konstitusiyası qəbul edilib 1937-ci il - Bakıda Üzeyir Hacıbəyovun “Koroğlu†operasının premyerası keçirilib 1944-cü il - SSRİ-də fəhlələr üçün məktəblər təsis edilməsi barədə qərar verilib 1945-ci il - Sovet ordusu Reyxstaq üzərinə əsas həmləyə başlayıb 1947-ci il - Tarzən Ramiz Quliyev anadan olub 1980-ci il - Terrorçular İranın Londondakı səfirliyində 26 nəfəri girov götürüb. Girovlar 6 gün sonra azad edilib 1993-cü il - BMT Təhlükəsizlik Şurası Azərbaycanın Kəlbəcər rayonunun ermənilər tərəfindən işğalı ilə bağlı 822 saylı qətnaməsini qəbul edib 1996-cı il - Azərbaycan Respublikası Andorra ilə diplomatik əlaqələr qurub 2009-cu il - Azərbaycan Dövlət Neft Akademiyasında kütləvi qətl. Terrorçu Fərda Qədirov 13 nəfəri öldürdükdən sonra ələ keçməmək üçün özünü vurub. Hadisədə çox sayda insan, o cümlədən əcnəbilər xəsarət alıb. |