www.nice.az > Xəbərlər > Röyanın 17 yaşlı ən sevimli fanatı dünyasını dəyişib
Röyanın 17 yaşlı ən sevimli fanatı dünyasını dəyişib30 aprel 2011. Müəllif: fidaska |
![]() Müğənni Röyanın 17 yaşlı fanatı dünyasını dəyişib.Məlumata görə, Nuru adlı fanat uzun sürən ağır xəstəlikdən sonra dünən gecə saat 03:00 radələrində keçinib. Müğənninin prodüsseri Kənan açıqlamasında bu bəd xəbəri hələ Röyaya çatdırmadıqlarını bildirdi: "Röya Nurunun öldüyündən xəbərsizdir. Bu günə əvvəlcədən planlaşdırılmış bir neçə çəkilişi olduğu üçün Röyanın bilməməsini məsləhət bildik. Röya onu çox sevirdi... xəbərin onu sarsıdacağını bilirik. Bu gecə, ya da səhər ona deyəcəyik. Çünki, Nurunun 3 mərasimini biz verəcəyik. Röya da məclisdə iştirak etməlidir". Valideyn himayəsindən məhrum olmuş Nurunu atasının qohumları böyüdüb. O, Röyanın ən fəal fanatlarından imiş. Müğənninin bütün çəkilişlərində, konsertlərində iştirak edirmiş. Hətta Nuru xəstəxanada müalicə olunan zaman Röya bir neçə dəfə onu ziyarət edib. Axı Nuru da Röyanın ən sevimli fanatı idi... |