www.nice.az > Xəbərlər > Günün tarixi [21.o4.11]
Günün tarixi [21.o4.11]21 aprel 2011. Müəllif: GHoSTMaN |
![]() 21 aprel. İlin sonuna 254 gün qalır. E.ə 753-cü il - Əfsanəyə görə Romanın əsası qoyulub 1699-cu il - Fransız dramaturq Jan Rasin vəfat edib. Onun “Fedr†faciəsi Azərbaycan teatrında dəfələrlə səhnələşdirilib 1735-ci il - Rus ixtiraçı İvan Kulıbin anadan olub 1913-cü il - Milyonçu Şəmsi Əsədullayev Yaltada günvurmadan vəfat edib 1918-ci il - Sovet hökuməti Rusiya və Sibirin müsəlman milli Parlamentini (Milli Məclis) buraxıb 1921-ci il - Ermənistan SSR elan edilib 1926-cı il - Qırğızıstan MSSR təşkil edilib 1926-cı il - İngilis kraliçası II Yelizaveta anadan olub 1944-cü il - Fransada Mülki Məcəlləyə edilən dəyişikliklə qadınlar səsvermə hüququ əldə edib 1951-ci il - SSRİ Milli Olimpiya Komitəsi təşkil edilib 1952-ci il - Yunanıstan və Türkiyə arasında viza rejimi ləğv edilib 1954-cü il - SSRİ UNESCO-ya daxil olub 1961-ci il - Xarici ticarət arbitrajı haqqında Avropa Konvensiyası qəbul edilib 1967-ci il - Yunanıstanda polkovnik Papadokulosun rəhbərlik etdiyi hərbçilər seçkiyə bir-neçə gün qalmış dövlət çevrilişi edib. Ölkəni 1974-dək “qara polkovniklər†adlı hərbi diktatura idarə edib 1978-ci il - Azərbaycan Sovet Sosialist Respublikasının Konstitusiyası (Əsas qanunu) doqquzuncu çağırış Azərbaycan SSR Ali Sovetinin növbədənkənar yeddinci sessiyasında qəbul edilib 1996-cı il - Çeçenistanın ilk prezidenti Cöhər Dudayev öldürülüb 2003-cü il - İraqda koalisiya hökuməti qurulub 2005-ci il - İspaniyada homoseksual cütlüklərin evliliyinə icazə verilib. |