www.nice.az > Xəbərlər > Günün tarixi [29.o4.11]

Günün tarixi [29.o4.11]


29 aprel 2011. Müəllif: GHoSTMaN
Günün tarixi [29.o4.11]

29 aprel. İlin sonuna 246 gün qalır.

1770-ci il - İngilis səyyah Ceyms Kuk ilk dəfə Avstraliyaya qədəm basıb

1854-cü il - Fransız astronom, filosof Anri Puankare anadan olub

1882-ci il - Dünyada ilk trolleybus xətti Berlində istifadəyə verilib

1884-cü il - Oksford universitetinə qadınların qəbul edilməsinə icazə verilib

1899-cu il - “Jamais Contente” adlı elektromobil ilk dəfə 100 km/saat limitini keçib

1901-ci il - Yapon imperatoru Hirohito anadan olub

1916-cı il - Bəstəkar Ədilə Hüseynzadə anadan olub

1919-cu il - Kinorejissor Əjdər İbrahimov anadan olub

1920-ci il - Nəriman Nərimanovun başçılığı ilə Azərbaycanda yeni hökumət qurulub

1945-ci il - Sovet tankları Berlinə girib

1982-ci il - Çində əhalinin sayının 1 milyardı keçməsi rəsmən açıqlanıb

1991-ci il - Banqladeşdə siklon 138 000 nəfərin həyatına son qoyub

1992-ci il - Azərbaycan Cənubi Afrika Respublikası (CAR) ilə diplomatik əlaqələr qurub

1994-cü il - Azərbaycan Respublikasının prezidentinin fərmanı ilə Ramil Usubov daxili işlər naziri təyin edilib

2002-ci il - Avropa İnsan Haqları Məhkəməsi evtanaziyanın leqallaşdırılması təklifini rədd edib

2009-cu il - Azərbaycan istehsalı olan “İstiqlal” iriçaplı snayper tüfəngi Türkiyədə keçirilən beynəlxalq silah sərgisində nümayiş etdirilib

2009-cu il - Belçikaya səfəri çərçivəsində prezident İlham Əliyev NATO-nun baş katibi Yaap de Hoop Shefferlə görüşüb.