www.nice.az > Xəbərlər > Günün tarixi [24.o4.11]

Günün tarixi [24.o4.11]


24 aprel 2011. Müəllif: GHoSTMaN
Günün tarixi [24.o4.11]

24 aprel. İlin sonuna 251 gün qalır.

702-ci il - İmam Cəfər əl Sadiq anadan olub

1512-ci il - Osmanlı hökmdarı Sultan Səlim taxta çıxıb

1833-cü il - ABŞ-da qazlı su patentləşdirilib

1884-cü il - Namibiya Almaniyanın koloniyası elan edilib

1898-ci il - ABŞ İspaniyaya qarşı müharibə elan edib

1911-ci il - Geoloq alim, akademik Ələşrəf Əlizadə anadan olub

1918-ci il - Hərb tarixində ilk dəfə tanklardan istifadə edilib (ingilis Mark IV və alman A7V)

1920-ci il - Cənubi Qafqazda müttəfiq qoşunlarının komandanı general Tomsonu general Şatervot əvəz edib

1920-ci il - Rusiya Kommunist Partiyası Qafqaz Ölkə Komitəsi və Azərbaycan Kommunist Partiyası özlərini üçün “hərbi vəziyyət” elan edib

1926-cı il - SSRi və Almaniya arasında dostluq sazişi imzalanıb

1938-ci il - Aktyor Həsənağa Turabov anadan olub

1963-cü il - Konsul əlaqələri haqqında Vyana Konvensiyası qəbul edilib

1983-cü il - Güləşçi Xetaq Qazyumov anadan olub

2007-ci il - Rəcəb Tayyip Ərdoğan Abdulla Gülün prezident seçkilərinə namizədliyini təklif edib

2009-cu il - Qeyrət Partiyasının sədri Əşrəf Mehdiyev vəfat edib

2009-cu il - “General Motors” şirkəti rəsmən “Pontiac” avtomobillərinin istehsalının dayandırıldığını, firmanın isə 2010-cu ilədək ləğv ediləcəyini açıqlayıb.