www.nice.az > Xəbərlər > Yadplanetlinin cəsədi tapılıb?

Yadplanetlinin cəsədi tapılıb?


21 aprel 2011. Müəllif: hebibi_p
The Daily Mail"ə istinadən bildirilir ki, Rusiyanın Sibir bölgəsində Uçan Naməlum Obyektin (UNO) qəzaya uğrayaraq yerə düşdüyü bildirilir.
Həmin qəza yerində isə UNO-nun pilotu olan yadplanetlinin donmuş cəsədinin tapıldığı deyilir.


Arıq, ağır yaralanmış, böyrü üstə uzanmış, ağzıaçıq cəsəd Rusiyaın İrkutsk şəhərinin yaxınlığında qarın altında tapılıb. Bu yer ufoloqlar arasında populyarlır. Yadpalentlinin cəsədinin videosu da çəkilib.

Amerikalı kinorejissor Stiven Spilberqin "Yadplanetli" filminin baş qəhrəmanına oxşayan cəsədin uzunluğu 70 santimetrlir. Yadplanetlinin sağ ayağının bir hissəsi yoxdur. Başında isə gözlər və ağız dəlikləri görünür.

Cəsədin tapıldığı yerdə tez-tez UNO görürlər.


"Yadplanetlinin cəsədini görəndə gözlərimizə inanmadıq. Qəribədir ki, yaxınlıqda kosmik gəminin heç biri izi yoxdu. Yəqin UNO gəmisinin qalıqları götürülüb, amma cəsədi görməyiblər", - cəsədi aşkarlayan iki adamdan biri İqor Moloviç deyir.

Alimlər isə bildirirlər ki, bu, yadplanetlinin yaxşı hazırlanmış kuklasından istifadə olunduğu mistifikasiyadır.

Yadplanetlinin cəsədi tapılıb?

Yadplanetlinin cəsədi tapılıb?

Yadplanetlinin cəsədi tapılıb?