www.nice.az > Xəbərlər > Bakıda gənc oğlan özünü yandıraraq öldürüb

Bakıda gənc oğlan özünü yandıraraq öldürüb


21 aprel 2011. Müəllif: hebibi_p
Bakıda gənc oğlan özünü yandıraraq öldürüb

Bakıda 22 yaşlı oğlan intihar edib Rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə bu gecə saat 02.00 radələrində Zirə qəsəbəsi, Sərdarov küçəsində baş verib.

Orada yaşayan qəsəbə sakini, 22 yaşlı Elmin Məmmədkərimov üzərinə yanacaq tökərək özünü yandırıb.Yaralı 5 nömrəli yanıq xəstəxanasına aparılsa da onun həyatını xilas etmək mümkün olmayıb. Yaralı səhər saat 05.00 radələrində dünyasını dəyişib.

Subay və işsiz olan E.Məmmədkərimovun intihar etmə səbəbi Xəzər rayon Prokurorluğu tərəfindən araşdırılır.