www.nice.az > Xəbərlər > Bu gün böyük gülüş ustamızın anadan olmasından 95 il keçir

Bu gün böyük gülüş ustamızın anadan olmasından 95 il keçir


20 aprel 2011. Müəllif: NiXaTo
Bu gün böyük gülüş ustamızın anadan olmasından 95 il keçir

Qüdrətli gülüş ustası, Azərbaycan səhnəsinin parlaq ulduzu, xalqımızın sevimli sənətkarı Nəsibə Zeynalovanın anadan olmasından 95 il keçir. Nəsibə Zeynalova 1916-cı ilin bu günü Bakıda dünyaya gəlib. Atası Kərbəlayı Cahangir tanınmış tacir, sevimli aktyor, Azərbaycan milli realist aktyor məktəbinin banisi olub. İlk və yeganə övladı olanda arzu edib ki, qızı onun sənətini davam etdirsin. Lakin bu arzunun gerçəkliyini görmək ataya nəsib olmayıb. Çünki Cahangir Zeynalov dünyasını dəyişəndə Nəsibə Zeynalovanın cəmi 2 yaşı olub. Uşaqlıq, yeniyetməlik çağlarında çox əzab-əziyyət çəkən, həyatın hər üzünü görən Nəsibə 14 yaşından zəhmətə qatlaşıb.
“Bizim Cəviş muəllim”, “Ögey ana”, “Böyük dayaq”, “Qanun naminə”, “Bəyin oğurlanması”, “Mən mahnı qoşuram”, “Qorxma, mən səninləyəm”, “Yuxu” və bir neçə filmlərdə əsasən kiçik rollar oynamasına baxmayaraq, hər bir obrazı yaddaqalan, baxımlı etməyi bacarıb.

Aktrisanın “Qaynana”-da Cənnət, “Dərviş Məstəli şah”-dakı Xanpəri, “Gözün aydın”-da Nargilə, “Durna”-da Şərəf və Nisə, “Toy kimindir”-də Məsmə, “Qızıl axtaranlar”-da Rəxşəndə, “Altı qızın biri Pəri”-də Cəhrə xala, “Ulduz”-da Züleyxa kimi rolları zəngin ifadə vasitələri, yumorun milliliyi, təbii reallığı ilə səhnəmizin nadir inciləri sırasında durur.

Vaxt ötür, maraqlar, zövqlər, tələblər dəyişir. Kino da dəyişikliyə uğrayır, müasirləşir. Lakin Nəsibə Zeynalovanın çəkildiyi filmlər və onun yaratdığı qəhrəmanlar yaşayır və yaşayacaq.


ALLAH RƏHMƏT ELƏSİN !