www.nice.az > Xəbərlər > "Real" - "Barselona" matçına doğru
"Real" - "Barselona" matçına doğru20 aprel 2011. Müəllif: persiangirl |
![]() Bu gün bütün dünya futbol ictimaiyyətinin diqqəti Madridə yönələcək.La Liqanın növbəti turu çərçivəsində "Real" (Madrid) klubu öz meydanında əzəli rəqibi "Barselona"nı qəbul edəcək. Son 18 gün ərzində 4 dəfə qarşılaşacaq "Real" və "Barselona" komandalarlının ilk görüşü bu axşama təsadüf edir. La Liqanın birinci dövrəsində səfərdə "Barselona"ya 0:5 hesabı ilə məğlub olan "Real" futbolçuları doğma azarkeşlər önündə nəyə qadir olduqlarını göstərməyə çalışacaqlar. "El-Klassiko"nun tarixinə nəzər saldıqda isə bu komandaların 208 dəfə qarşılaşdığını görərik. Bu oyunlardan 85-də "Real", 82-də isə "Barselona" futtbolçuları qələbə qazanıb. Qalan 42 oyunda isə bərabərlik qeydə alınıb. Bu oyunlarda "Real" 340, "Barselona" 333 dəfə rəqib qapısına yol tapıb. Qeyd edək ki, bu komandalar 4 gün sonra İspaniya kubokunda, daha sonra isə Çempionlar Liqasının yarımfinalında üz-üzə gələcəklər. "Real" yoxsa "Barselona" ??? Cavab Verin! |