www.nice.az > Xəbərlər > Röya ilə Rəhim birgə konsert verəcəklər

Röya ilə Rəhim birgə konsert verəcəklər


20 aprel 2011. Müəllif: persiangirl
Röya ilə Rəhim birgə konsert verəcəklər


Səhnənin iki məşhur siması Röya Ayxan və Rəhim Rəhimli konsert verməyə hazırlaşırlar. Bu barədə Rəhim Rəhimli məlumat verib. Onun sözlərinə görə, Röya ilə yerli restoranların birində duet konsert verməyi planlaşdırırlar. Konsertin 31 may Gənclər günündə baş tutması gözlənilir.

Röya ilə əlaqə saxlayıb, xəbərə aydınlıq gətirdik. Röya bir az müəmmalı danışsa da, sonra konsertin olacağını təsdiq etdi: “Hələ dəqiq bilmirəm. Yəgin ki, konsert baş tutacaq. Bunu hər ikimiz istəyirik. Gənclər gününə planlaşdırmağımız təsadüfi deyil. Gənclər Rəhimi də, məni də xüsusi sevirlər”.