www.nice.az > Xəbərlər > Ali məktəblərə ərizə qəbulu başlayır
Ali məktəblərə ərizə qəbulu başlayır19 aprel 2011. Müəllif: persiangirl |
![]() Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) qəbul imtahanlarının günlərini elan edib. Lent.az-ın məlumatına görə, ali təhsil müəssisələrinə ərizə qəbulu aprelin 20-dən mayın 31-dək davam edəcək. Bu ərizələr isə aprelin 27-dən mayın 31-dək müvafiq Sənəd Qəbulu Komissiyalarına (SQK) təqdim edilərək ərizələrini təsdiq etdirməlidirlər. SQK-lar hər gün (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 9-dan 17-dək fəaliyyət göstərir. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin təqaüd proqramına qoşulma imtahanı və Naxçıvan Muxtar Respublikasının vergilər orqanlarına qəbul imtahanı aprelin 24-də keçiriləcək. Rus bölməsi ilə Azərbaycan dili üzrə imtahan vermək istəyənlər isə ərizə təsdiqinin son günü mayın 16-na təyin olunub. Bu imtahanların birincisi mayın 22-də Bakı və bölgələrdə keçiriləcək. Ikinci imtahan isə 26 iyunda Bakıda keçiriləcək. Ali təhsil müəssisələrinə qəbul imtahanları isə 3-cü qrup üzrə iyulun 3-də, 1-ci qrup iyulun 10-da, 4-cü qrup iyulun 16-da, 2-ci qrup üzrə isə iyulun 22-də keçiriləcək. |