www.nice.az > Xəbərlər > İranda "Halal internet" olacaq
İranda "Halal internet" olacaq18 aprel 2011. Müəllif: NiXaTo |
![]() İranda "Halal internet" olacaq Qonşu ölkə bu ideyanı Çində tətbiq olunan daxili internet təcrübəsindən götürüb İranda yaxın zamanlarda “Halal internet†şəbəkəsi istifadəyə veriləcək.Bu barədə jurnalistlərə İranın birinci vitse-prezidentinin iqtisadi siyasət üzrə müavini Əli Ağa Məhəmmədi bildirib. Əli Ağa Məhəmmədi deyib ki, “Halal internet†şəbəkəsinin işə salınması ideyasını Çində tətbiq olunan daxili internet təcrübəsindən götürüblər: “Ölkədə əxlaqsız saytlardan təmizlənmiş ilk halal internet şəbəkəsi fəaliyyətə başlayacaq. Halal internet şəbəkəsini genişləndirib ona müsəlman və qonşu ölkələri qoşmaq olar". Əli Ağa Məhəmmədi “daxili və halal internetâ€lə yanaşı beynəlxalq internetin də fəaliyyətinin davam edəcəyini vurğulayıb. |