www.nice.az > Xəbərlər > Günün tarixi [15.o4.11]
Günün tarixi [15.o4.11]15 aprel 2011. Müəllif: GHoSTMaN |
![]() 15 aprel. İlin sonuna 260 gün qalır. 1542-ci il - İtalyan rəssam Leonardo da Vinçi anadan olub 1707-ci il - Alman fizik Leonard Eyler anadan olub 1765-ci il - Rus alim Lomonosov anadan olub 1795-ci il - Litva Rus İmperiyasına ilhaq edilib 1896-cı il - Afinada Olimpiya oyunları başa çatıb 1912-ci il - “Titanic†gəmisi bütövlükdə suya qərq olub. Qəzada təqribən 1500 nəfər həlak olub (statistika ziddiyyətlidir) 1917-ci il - Bakıda Qafqaz müsəlmanlarının qurultayı işə başlayıb 1919-cu il - Sovet hökuməti “İslah əmək düşərgələri baş İdarəsiâ€nin (QULAQ) yaradılması haqqında dekret qəbul edib 1920-ci il - ADR-in xarici işlər naziri Fətəli xan Xoyski Dərbənd rayonuna rus qoşunlarının toplanması səbəbləri barədə məlumat vermək üçün rus həmkarı Çiçerinin adına növbəti nota göndərib 1920-ci il - A.Qardaşovun “Əhrar†partiyası hökumət kabinetindən çıxarılıb 1921-ci il - Birinci Azərbaycan kooperativ qurultayı başlayıb 1924-cü il - Dünyada ilk avtomobil yolları atlası ABŞ-da tərtib edilib 1927-ci il - SSRİ və İsveçrə diplomatik münasibətlər qurub 1931-ci il - Türk Tarix Qurumu təşkil edilib 1955-ci il - ABŞ-ın İllinoys ştatında ilk McDonalds açılıb 1986-cı il - ABŞ HHQ Liviyaya bomba zərbələri endirib 1992-ci il - Azərbaycan Respublikası Fələstin ilə diplomatik əlaqələr qurub 1993-cü il - Avropa Şurası Nazirlər Komitəsi “Dağlıq Qarabağ münaqişəsinin gərginləşməsinə dair Bəyannamə†qəbul edib 1998-ci il - Qırmızı Khmerlərin lideri, Kambocanın 1975-1979-cu illərdə dövlət başçısı Pol Pot (əsl adı Salos Sar) vəfat edib. Onun hakimiyyəti zamanı 3 milyonadək insan qətlə yetirilib 2002-ci il - Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Pakistan İslam Respublikası Müdafiə Nazirliyi arasında Müdafiə və Hərbi sahələrdə İkitərəfli Əməkdaşlıq üzrə Protokol imzalanıb. |