www.nice.az > Xəbərlər > Günün tarixi [14.o4.11]
Günün tarixi [14.o4.11]14 aprel 2011. Müəllif: GHoSTMaN |
![]() 14 aprel. İlin sonuna 261 gün qalır. 1687-ci il - İngiltərədə protestantlar və katoliklərə bərabər hüquq verilib 1865-ci il - ABŞ prezidenti Avraam Linkolna qarşı sui-qəsd olub. Prezident ertəsi gün keçinib 1870-ci il - Nəriman Nərimanov Tiflisdə anadan olub 1871-ci il - Almaniya parlamenti ∓ Reyxstaq təşkil edilib 1894-cü il - Tomas Edison kinoskopun ilk versiyasını təqdim edib 1907-ci il - Fatma Qədri Odessa şəhərində anadan olub. O, ilk professional teatr təhsili görmüş azərbaycanlı aktrisa hesab edilir 1909-cu il - “British Petroleum†şirkəti təsis edilib 1912-ci il - Saat 23.40. “Titanic†gəmisi aysberqlə toqquşub. Gəmi ertəsi gün saat 2.20-də suya qərq olub 1921-ci il - Azərbaycan SSR, Ermənistan SSR və Gürcüstan SSR arasında “Zaqafqaziya dəmir yollarının idarə edilməsini birləşdirmək haqqında Sazişâ€ imzalanıb 1921-ci il - V.İ.Lenin “Azərbaycan SSR, Ermənistan SSR, Dağıstan və Dağlı Respublikası kommunist yoldaşlarına†müraciət məktubu göndərib 1927-ci il - İlk “Volvo†avtomobili konveyerdən çıxıb 1930-cu il - Sovet şairi Vladimir Mayakovski intihar edib 1931-ci il - İspaniyada respublika elan edilib 1938-ci il - Moskvada Birinci Azərbaycan incəsənəti ongünlüyü başa çatıb 1952-ci il - Jurnalist Alı Mustafayev anadan olub 1987-ci il - Türkiyə, Avropa İqtisadi Birliyinə üzvlük üçün rəsmi müraciət edib 1988-ci il - Cenevrədə sovet ordusunun Əfqanıstandan çıxarılmasına dair saziş əldə edilib 1990-cı il - NATO təyyarələri səhvən kosovolu albanların qaçqın düşərgəsini bombalayıb, 75 alban həlak olub 1999-cu il - Yaponiyada elektrik qatarında 552 km/saat sürət əldə edilib 2009-cu il - Azərbaycanın müdafiə naziri Səfər Əbiyev İordaniyaya rəsmi səfərə gedib 2009-cu il - Beynəlxalq Böhran Qrupu Türkiyə-Ermənistan münasibətlərinə dair hesabat açıqlayıb 2009-cu il - “2009-2013-cü il regionların sosial inkişaf Proqramı†qəbul edilib. |