www.nice.az > Xəbərlər > Günün tarixi [12.o4.11]
Günün tarixi [12.o4.11]12 aprel 2011. Müəllif: GHoSTMaN |
![]() 12 aprel. İlin sonuna 263 gün qalır. 1832-ci il - Amerikada buxar gəmisinin yanması nəticəsində 260 nəfər həyatını itirib 1889-cu il - Xanəndə Seyid Şuşinski anadan olub 1928-ci il - Yazıçı İsa Hüseynov anadan olub 1943-cü il - Fransada “Nant†futbol klubunun əsası qoyulub 1961-ci il - Kosmosa ilk insan göndərilib. “Vostok†gəmisi ilə kosmosa gedən Yuri Qaqarin fəzada 108 dəqiqə qalıb. Bu tarix keçmiş SSRİ-də kosmonavtika günü kimi qeyd edilirdi 1963-cü il - Martin Lüter Kinq hüquq mühafizə orqanları tərəfindən tutuldu. 1985-ci il - Şahmat üzrə beynəlxalq qrossmeyster Şəhriyar Məmmədyarov anadan olub 1993-cü il - Türkiyədə internet istifadə edilməyə başlanıb 1993-cü il - Azərbaycan və ABŞ arasında ticarət münasibətləri haqqında Saziş imzalanıb 2007-ci il - Azərbaycan və Rusiya Federasiyası Kurqan vilayətinin Administrasiyası (Hökuməti) arasında ticarət-iqtisadi, elmi və mədəni əməkdaşlıq haqqında Saziş imzalanıb 2007-ci il - İraq parlamentində partlayış baş verib. Nəticədə, üçü millət vəkili olmaqla səkkiz nəfər həyatını itirib. |