www.nice.az > Xəbərlər > Günün tarixi [o9.o4.11]
Günün tarixi [o9.o4.11]9 aprel 2011. Müəllif: GHoSTMaN |
![]() 9 aprel. İlin sonuna 266 gün qalır. 1336-cı il - Əmir Teymur anadan olub 1588-ci il - Türk memarı Memar Sinan vəfat edib 1667-ci il - Dünyada ilk dəfə Parisdə ictimaiyyətə açıq olan incəsənət sərgisi keçirilib 1920-ci il - ADR-in poçt və teleqraf naziri sosialist C.Hacınski istefa verib 1929-cu il - Azərbaycan Kommunist Partiyası “din əleyhinə oxunaqlı, kütləvi, ucuz jurnal kimi yenidən təşkil etmək†adı ilə “Molla Nəsrəddin†jurnalını Mübariz Allahsızlar İttifaqının orqanına çevirmək barədə qərar verib 1935-ci il - Sovet-alman ticarət sazişi imzalanıb 1938-ci il - Rus siyasi xadimi Viktor Çernomırdin anadan olub 1946-cı il - Aktyor Ceyhun Mirzəyev anadan olub 1957-ci il - Süveyş kanalı tullantı və palçıqdan təmizlənərək təkrarən gəmilər üçün açılıb 1966-cı il - Vatikan 1559-dan bəri tətbiq edilən “Qadağan olunmuş kitablar†siyahısını ləğv edib. Bu siyahıda Bruno, Balzak, Volter və Didro kimi mütəfəkkirlər də vardı 1972-ci il - SSRİ və İran arasında dostluq və əməkdaşlıq sazişi imzalanıb 1989-cu il - Sovet ordusu Tiflisdə dinc nümayişi dağıdıb. Hadisə nəticəsində 19 nəfər həlak olub, çox sayda insan basabasda xəsarət alıb 1991-ci il - Gürcüstan Ali Soveti “Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktıâ€nı qəbul edib 2003-cü il - İraqda 24 illik Səddam Hüseyn rejimi devrilib 2009-cu il - Ukrayna prezidenti Viktor Yuşşenko Azərbaycana rəsmi səfərə gəlib 2009-cu il - Türk iş adamları və tələbələr Bakıda nümayiş keçirib. Nümayiş iştirakçıları Türkiyə-Ermsənistan sərhədlərinin açılmasına qarşı çıxıblar 2009-cu il - “Azadlıq†qəzetinin jurnalisti Mirzə Sakit amnistiyaya düşüb. |