www.nice.az > Xəbərlər > Günün tarixi [1o.o4.11]
Günün tarixi [1o.o4.11]10 aprel 2011. Müəllif: GHoSTMaN |
![]() 10 aprel. İlin sonuna 265 gün qalır. 1845-ci il - Türk polis təşkilatı qurulub 1920-ci il - Azərbaycanın Tehrandakı Səfiri Adil Xan Ziyadxanovun Azərbaycan xarici işlər nazirliyinə teleqramı: “Naxçıvandan və İranın müxtəlif yerlərindən aldığım çoxlu teleqramlarda ermənilərin Naxçıvana və Ordubada hücum etdikləri, İran ermənilərinin də onlara dəstək verdiyi göstərilir... Bu barədə Tehrandakı ingilis, ABŞ və fransız səfirliklərinə bildirmişəm....Təcili tədbirlər görülməlidirâ€. (Naxçıvan əhalisi buradakı vəziyyət barədə məlumatları həmin diplomatik missiyalarımıza çatdırırdılar) 1922-ci il - Genuya Konfransı başlayıb. Nərimanov Nərimanov sovet nümayəndə heyətinin üzvü kimi İtaliyada baş tutan bu konfransda iştirak edib 1925-ci il - III Zaqafqaziya sovetlər qurultayı başlayıb 1938-ci il - Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Qasımov anadan olub 1944-cü il - Sovet qoşunu Odessanı azad edib 1955-ci il - SSRİ və Çin arasında nüvə reaktorunun inşa edilməsinə dair saziş imzalanıb 1969-cu il - SSRİ-nin qanadları həndəsi dəyişən ilk təyyarəsi olan “MİQ 23â€-ün sınaqları başlayıb 1972-ci il - Bakterioloji (bioloji) və toksin silahlarının hazırlanmasının, istehsalının və ehtiyata yığılmasının qadağan olunması və onların məhv edilməsi haqqında Konvensiya qəbul edilib 1973-cü il - Braziliyalı futbolçu Roberto Karlos anadan olub 1992-ci il - Milli qəhrəman Şahlar Hüseynov Marquşavan kəndi uğrunda döyüşlərdə həlak olub 1992-ci il - Rusiya Azərbaycanın müstəqilliyini tanıyıb. Azərbaycanı tanıyan dövlətlərin sayı 109-a çatıb 1996-cı il - Azərbaycan və Pakistan arasında turizm sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb 1998-ci il - “Tarixi və mədəni abidələrin qorunması haqqında†Qanun qəbul edilib 2002-ci il - Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi və Rusiya Federasiyasının Dövlət Gömrük Komitəsi arasında xarici ticarətin gömrük statistikası sahəsində metodoloji və informasiya əməkdaşlığı haqqında Protokol imzalanıb 2004-cü il - Türk iş adamı Sakib Sabancı vəfat edib 2008-ci il - Azərbaycan Respublikası Prezidenti “Avropada Təhsil alan Azərbaycanlı Tələbələr Forumuna (FASE) maliyyə yardımının ayrılması†haqqında sərəncam imzalayıb 2010-cu il - Polşa prezidenti Lex Kaçinski təyyarə qəzasında həlak olub |