www.nice.az > Xəbərlər > “Azərbaycan Dəmir Yolları”nın şöbə rəisi qətlə yetirilib

“Azərbaycan Dəmir Yolları”nın şöbə rəisi qətlə yetirilib


9 aprel 2011. Müəllif: bicbala yek
“Azərbaycan Dəmir Yolları”nın şöbə rəisi qətlə yetirilib

30 yaşlı qadının meyiti Altıağacda basdırılıbmış

Aprelin 1-də Bakıda inkin düşmüş Azərbaycan Dəmir Yolları QSC-nin şöbə rəisi Reyhan İsgəndərlinin meyiti tapılıb. Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Cinayət Axtarış İdarəsi və Nəsimi RPİ 19-cu PB-nin əməkdaşlarının birgə keçirdiyi əməliyyat tədbirləri nəticəsində müəyyən edilib ki, itkin düşmüş kimi qeydə alınmış 1980-ci il təvəllüdlü Reyhan İsgəndərlini Bakı şəhər sakinləri əvvəllər məhkum olunmuş Gəncə Cəfərov və İlqar İbrahimov qətlə yetirib, meyiti isə Xızı rayonunun Altıağac qəsəbəsində basdırılıb.

Hadisədə şübhəli bilinənlər G.Cəfərov və İ.İbrahimov yaxalanıb.