www.nice.az > Xəbərlər > Günün tarixi [o7.o4.11]
Günün tarixi [o7.o4.11]7 aprel 2011. Müəllif: GHoSTMaN |
![]() 7 aprel. İlin sonuna 268 gün qalır. 1789cu il - Sultan I Əbülhəmid vəfat edib 1906-cı il - Cəlil Məmmədquluzadənin rəhbərliyi ilə “Molla Nəsrəddin†jurnalının ilk sayı Tİflisdə işıq üzü görüb 1918-ci il - Yazıçı Bayram Bayramov anadan olub 1930-cu il - Keçmiş SSRİ-də İslah əmək düşərgələrinin artırılmasına qərar verilib 1933-cü il - ABŞ-da “Quru qanunu†ləğv edilib. Qanun spirtli içkilərin istehsalı və satışını qadağan edirdi 1947-ci il - Amerikan avtomobil konstruktoru Henri Ford vəfat edib 1948-ci il - Ümumdünya Səhiyyə Təşkilatı təsis edilib 1957-ci il - Nyu-Yorkda sonuncu dəfə trolleybus xəttə çıxıb 1959-cu il - Azərbaycan yazıçılar birliyinin katibi Çingiz Abdullayev anadan olub 1963-cü il - Yuqoslaviya Sosialist Respublikası elan edilib 1989-cu il - SSRİ-yə məxsus “Komsomoles†atom sualtı qayığı Norveç dənizində batıb. Qəzada 42 nəfər həlak olub, 30 nəfər xilas edilib 1991-ci il - Ermənilər Qubadlı rayonu ərazisində yerləşən SSRİ DİN-in daxili qoşunlarının bölməsinə basqın ediblər. Basqın zamanı 2 nəfər (o cümlədən 1 rus zabiti) öldürülüb, 4 nəfər yaralanıb 1992-ci il - Azərbaycan Respublikası İsrail ilə diplomatik əlaqələr qurub 1993-cü il - Brüsseldə Avropa İttifaqı tərəfindən Dağlıq Qarabağa dair bəyanat qəbul edilib 1994-cü il - Qahirədə Azərbaycan və Misir arasında iqtisadi və elmi-texniki əməkdaşlıq haqqında Saziş və konsulluq konvensiyası imzalanıb 2001-ci il - Azərbaycan və Ermənistan prezidentlərinin Ki Uest sammiti başa çatıb. Prezidentlər Heydər Əliyev və Robert Koçaryan arasında üç gün sürən danışıqlarda konkret nəticə əldə olunmayıb 2003-cü il - Koalisiya qüvvələri Bağdadı tutub 2005-ci il - Azərbaycan və Yunanıstan arasında turizm sahəsində əməkdaşlıq haqqında Saziş imzalanıb. |