www.nice.az > Xəbərlər > 85 yaşlı porno kralı, nəvəsi yaşlı qızla evlənir
85 yaşlı porno kralı, nəvəsi yaşlı qızla evlənir6 aprel 2011. Müəllif: fidaska |
![]() Hyu Höfner yeni nikaha hazırlaşır. Amerikalı naşir və milyarder, "Playboy"un sahibi Hyu Höfner yeni ailə həyatı qurmağa hazırlaşır. "Porno kralı" adlandırılan 85 yaşlı qoca 24 yaşlı model, "Playboy"un ulduzu Kristel Harrislə evlənəcək. 24 yaşlı Kristel qoca şəhvətkarın sayca üçüncü arvadı olacaq. "Hyu mənə vəd edib ki, nikahımız indiyədək görülən ən romantik mərasim olacaq. İyunda nişanlanandan bəri toyumuzu səbirsizliklə gözləyirəm", - Kristel deyib. "Playboy" sahibinin toyuna Hollivudun və ABŞ şou-biznesinin 300 ulduzu dəvət olunublar. Məşhur "Playboy" malikanəsində keçiriləcək toyda ən məşhur müğənnilərin çıxışları gözlənilir. Xatırladaq ki, Höfnerin əvvəlki nikahlardan olan övladları arasında ən böyüyü Kristi 58, ən kiçiyi Kuper Bredford isə 19 yaşındadır. |