www.nice.az > Xəbərlər > 5-ci mərtəbədən maşında yıxıldı

5-ci mərtəbədən maşında yıxıldı


5 aprel 2011. Müəllif: hebibi_p
5-ci mərtəbədən maşında yıxıldı

Avstraliyanın Melburn şəhərində inanılmaz hadisə baş verib. Şəhərin işgüzar mərkəzindəki pullu avtomobil dayanacağına maşınını süirən qadın başına nələr gələcəyini bilsəydi, ora yaxın belə, durmazdı. Amma çoxmərtəbəli dayanacağa daxil olan qadın maşını yük liftinin içinə sürür və 5-ci mərtəbəyə qalxır. Burada isə o, liftdən çıxarkən qəflətən idarəetməni itirir. Dayanacağın pəncərələrini qıran maşın 20 metrdən aşağı düşür. Maşın böyrü üstə əzilib qalsa da, sürücü qadın yalnız kəlləsindəki şişlə canını qurtarıb və sağ qalıb.