www.nice.az > Xəbərlər > Günün tarixi [o3.o4.11]
Günün tarixi [o3.o4.11]3 aprel 2011. Müəllif: GHoSTMaN |
![]() 3 aprel. İlin sonuna 272 gün qalır. 628-ci il - Sasanlı hökmdarı II Kavad gürcü çarı İrakli ilə sülh müqaviləsi imzalayıb 1879-cu il - Sofiya Bolqarıstanın paytaxtı olub 1908-ci il - Filosof Heydər Hüseynov anadan olub 1915-ci il - Görkəmli pediatr İhsan Doğramacı anadan olub 1930-cu il - Almaniyanın keçmiş kansleri Helmut Kol anadan olub 1965-ci il - Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev anadan olub 1975-ci il - Anatoli Karpov 23 yaşında şahmat üzrə dünya çempionu olub 1991-ci il - Keçmiş SSRİ-də “Müttəfiq respublikaların İttifaq tərkibindən çıxmasına dair məsələlərin həlli haqqında†qanun qəbul edilib 2003-cü il - Azərbaycan Prezidenti Heydər Əliyev Rusiya Federasiyasının Təhlükəsizlik, Müdafiə və Hüquq Qaydası Problemləri Akademiyasının professoru və həqiqi üzvü seçilərək, Y.V.Andropov adına mükafata layiq görülüb 2007-ci il - Qərbi Avropada dəmir yolunda sonuncu sürət rekordu qeydə alınıb. “Alstom†markalı qatar 574 km/saat sürətə çata bilib. Layihədə isə sürət 540 km/saat nəzərdə tutulmuşdu. 2008-ci il - Əməkdar artist Şəfiqə Qasımova vəfat edib 2009-cu il - ANAMA Güzdəkdə sovet dövründən qalan istifadəyə yararsız silah sursatı təmizləməyə başlayıb 2009-cu il - Azərbaycan Prezidenti “KİV-in İnkişafına Dövlət Dəstəyi Fonduâ€nun yaradılması haqqında fərman imzalayıb. |