www.nice.az > Xəbərlər > Saniyə ərzində 27 dəfə “Internet Explorer 9” yüklənilir

Saniyə ərzində 27 dəfə “Internet Explorer 9” yüklənilir


2 aprel 2011. Müəllif: Two_raL
Saniyə ərzində 27 dəfə “Internet Explorer 9” yüklənilir

“Microsoft” korporasiyasının məhsulu olan bu brauzerin final versiyası martın 14-də istifadəyə verilib.
Bundan əvvəl 9-cu versiya 2010-cu ilin sentyabr ayından açıq test mərhələsində idi və istənilən istifadəçi brauzeri yükləyə bilərdi. “Microsoft”da bildirirlər ki, “Internet Explorer 9”-un final versiyası beta-versiyadan iki dəfə, final qabağı versiyadan isə dörd dəfə daha çox yüklənir. Qlobal Şəbəkədə saniyə ərzində 27 dəfə “Internet Explorer 9” yüklənilir.

Xatırladaq ki, gün ərzində yüklənmə sayına dair rekord göstərici “Firefox 3.0” brauzerinə məxsusdur. 2008-ci ildə buraxılanda bu brauzeri 24 saat ərzində 8 milyondan artıq istifadəçi əldə edib.