www.nice.az > Xəbərlər > Əhalinin su borcları silinəcək
Əhalinin su borcları silinəcək2 aprel 2011. Müəllif: Sparrow |
Azərbaycanda əhalinin sudan istifadəyə görə bir neçə ildir yığılıb qalmış borcları silinəcək. Azərbaycan prezidenti İlham Əliyev Bakının Sabunçu rayonunun Zabrat qəsəbə sakinləri ilə görüşündə bəyan edib. Dövlət başçısı bildirib ki, içməli su ilə bağlı keçmişdən yığılmış borclar var: “Mən bilirəm ki, o borcların ödənilməsində müəyyən problemlər var. Çünki bəzi hallarda o borclar düzgün hesablanmayıb və əhaliyə tətbiq olunan cərimələr də bəzi hallarda əsassızdır. Ona görə mən Nazirlər Kabinetinə göstəriş vermişəm ki, məsələyə baxsınlar və biz əvvəlki dövrdə yaranmış borcları siləkâ€. Prezident İlham Əliyev Bakıətrafı qəsəbələrin sosial-iqtisadi proqramının qəbul və icra edilməsi üçün dövlət büdcəsinə düzəlişlər ediləcəyini vurğulayıb. O, eyni zamanda sənədsiz evlərin qeydiyyatı və qəsəbələrin kanalizasiya problemlərinin də həll olunacağını qeyd edib |