www.nice.az > Xəbərlər > Röya rəqqasəlik edəcək

Röya rəqqasəlik edəcək


1 aprel 2011. Müəllif: Sparrow
Röya rəqqasəlik edəcək

Röya rəqqasəlik edəcək

Klipmeyker Nail Naiboğlu Röya ilə əməkdaşlığa başlayır.
Rejissorun verdiyi məlumata görə, müğənni vaxtilə “Karvan”
qrupunun ifasında məşhurlaşan “Polismen” mahnısına klip çəkdirir:

"Hazırda klip çəkilişlərinin hazırlıqları gedir. Çəkilişlər pavilyonda, fərqli atmosferdə olacaq.
Klip üçün 10 kostyum hazırlanır. Yəni, Röyanı bir klipdə onu 10 fərqli geyimdə
görəcəksiniz. Röya bu klipdə rəqqaslarla birlikdə sinxron rəqs edəcək."

Rejissor adını hələlik açıqlamaq istəmədiyi modelin bu klipdə Röyanın tərəf müqabili olacağını da bildirdi.

Nail Naiboğlu bu klip bahalı kliplər siyahısında olacağını desə də, öz qonorarını
açıqlamaq istəmədi: "Röya ilə bu barədə danışmamışıq, “pulsuz çəkirəm” də
deməmişəm. Çünki belə şey olmur. Bizim pulsuz dediyimiz
kliplərdə mütləq texniki vəsaitlərə pul xərclənir."