www.nice.az > Xəbərlər > Günün tarixi [22.o2.11]
Günün tarixi [22.o2.11]22 fevral 2011. Müəllif: GHoSTMaN |
![]() 22 fevral. İlin sonuna 312 gün qalır. 1512-ci il - Florensiyalı dəniz səyyahı Ameriqo Vespuççi vəfat edib 1671-ci il - Alman diplomatı və səyyah Adam Oleari vəfat edib. O, səfər qeydlərində Bakıdakı neft quyuları və Dədə Qorqud qəhrəmanlarının qəbirləri ilə bağlı məlumatlar verib 1788-ci il - Alman filosof Artur Şopenhauer anadan olub 1810-cu il - Polyak əsilli bəstəkar Frederix Şopen anadan olub. Bəzi mənbələr onun doğum tarixini 2 mart kimi göstərir 1819-cu il - İspanlar Floridanı ABŞ-a 5 milyon dollara satıb 1848-ci il - Parisdə “İyul Monarxiyasına†qarşı çıxışlar başlayıb 1869-cu il - Cəlil Məmmədquluzadə anadan olub 1922-ci il - Azərbaycanın SSR-in xarici işlər naziri (1944-1958) Mahmud Əliyev anadan olub 1974-cü il - Pakistan özünün keçmiş əyaləti olan Banqladeşin müstəqilliyini tanıyıb 1988-ci il - Əsgəranda ermənilər 2 azərbaycanlı gənci qətlə yetirib 1998-ci il - Azərbaycan Respublikası Prezidenti “İnsan və vətəndaş hüquqları və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında†fərman imzalayıb. |