www.nice.az > Xəbərlər > Günün tarixi [o6.o2.11]

Günün tarixi [o6.o2.11]


6 fevral 2011. Müəllif: GHoSTMaN
Günün tarixi [o6.o2.11]

6 fevral. İlin sonuna 328 gün qalır.

1800-cü il - İtalyan fizik Alessandro Volta elektrik batareyasını kəşf edib

1900-cu il - Rus fizik Popovun hazırladığı qurğu ilə göndərilən radiosiqnalların köməyi ilə tarixdə ilk dəfə açıq dənizdəki gəminin yeri müəyyən edilib. Gəmi heyəti yeni radioqurğu sahəsində xilas edilib

1911-ci il - ABŞ-ın 40-cı prezidenti Ronald Reqan anadan olub

1916-cı il - “Dadaizm” ədəbi cərəyanının əsası qoyulub

1918-ci il - Zaqafqaziya Komissarlığı Qafqaz cəbhəsi komandanı Vahid Paşaya teleqram vuraraq, İstanbulla danışıq aparmaq istədiyini bəyan edib. Bir neçə gün sonra isə Zaqafqaziya Komissarlığı buraxılıb

1924-cü il - Aktrisa Firəngiz Şərifova anadan olub

1927-ci il - Kinorejissor Lütfi Məmmədbəyov anadan olub

1938-ci il - Aktyor Rafiq Əzimov anadan olub

1960-cı il - Əli Kərimov Azərbaycan SSR daxili işlər naziri vəzifəsindən azad edilib

1992-ci il - Azərbaycan Respublikası Ukrayna ilə diplomatik əlaqələr qurub

1992-ci il - MDB Statistika xidmətləri rəhbərləri Şurası təsis edilib

2001-ci il - Ariel Şaron İsrailin baş naziri seçilib

2004-cü il - Moskva metrosunda partlayış nəticəsində 40 nəfər həlak olub, 190 nəfər yaralanıb

2006-cı il - Prezident İlham Əliyevin sərəncamı ilə Kəmaləddin Heydərov Fövqəladə hallar naziri, Aydın Əliyev isə Dövlət Gömrük komitəsinin sədri təyin ediliblər

2006-cı il - Azərbaycan Respublikasının Prezidentinin fərmanı ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradılıb

2009-cu il - Azərbaycan prezidenti İlham Əliyev Hindistan, Benin respublikası, Vyetnam, Estoniya, Anqola, Yəmən, Nigeriya, Cənubi Afrika, Zimbabve və Şri-Lanka səfirlərinin etimadnamələrini qəbul edib.

2009-cu il - “2009-2018-ci illərdə Azərbaycan Respublikası kurortlarının inkişafı Proqramı” qəbul edilib.