www.nice.az > Xəbərlər > Günün tarixi [o5.o2.11]

Günün tarixi [o5.o2.11]


5 fevral 2011. Müəllif: GHoSTMaN
Günün tarixi [o5.o2.11]

5 fevral. İlin sonuna 329 gün qalır.

1810-cu il - Fransız imperatoru Napoleon senzuranı bərpa edib

1869-cu il - Dünyada ən böyük qızıl külçə Avstraliyada aşkar edilib. Hazırda muzeydə saxlanan bu külçənin kütləsi 62,5 kiloqramdır

1885-ci il - Belçika kralı II Leopold Konqonu şəxsi mülkiyyəti elan edib

1902-ci il - Fransada uşaqlar üçün iş vaxtı 9 saat müəyyən edilib

1917-ci il - Meksika 28 federativ qurumdan ibarət dövlətə çevrilib

1918-ci il - Bəstəkar Qara Qarayev anadan olub

1919-cu il - Yunan siyasi xadimi Andreas Papandreu anadan olub

1924-cü il - Qrinviç rəsədxanası “BBC” radiosu vasitəsilə dəqiq vaxt xidmətini tətbiq edib (saatda bir dəfə dəqiq vaxt elan edilib)

1925-ci il - Azərbaycan Xalq Komissarları Soveti Bakıda Kitab Palatası təşkil etmək bərədə qərar verib

1928-ci il - Azərbaycan Kommunist Partiyası “Naxçıvan Muxtar Respublikası haqqında Əsasnamə” hazırlamaq barədə qərar qəbul edib

1936-cı il - Çarlz Çaplinin sonuncu səssiz filmi olan “Müasir zaman” nümayişə çıxarılıb

1939-cu il - Kinorejissor, Azərbaycanın və Rusiyanın əməkdar artisti Rüstəm İbrahimbəyov anadan olub

1940-cı il - Məşhur fizik Fuad Qasımov anadan olub

1976-cı il - ABŞ-ın “Lockheed” təyyarə şirkətinin Türkiyə rəsmilərinə rüşvət verməsi barədə etirafı qalmaqala səbəb olub

1991-ci il - Respublika Ali Sovetinin sessiyasında dövlətimizin adının Azərbaycan Respublikası adlandırılması haqqında qərar qəbul edilib

1991-ci il - Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında Əsasnamə təsdiq edilib

1999-cu il - Prezident Heydər Əliyev “Naxçıvan Muxtar Respublikasının 75 illiyinin qeyd edilməsi barədə” fərman verib.