www.nice.az > Xəbərlər > Günün tarixi [o2.o2.11]

Günün tarixi [o2.o2.11]


2 fevral 2011. Müəllif: GHoSTMaN
Günün tarixi [o2.o2.11]

2 fevral. İlin sonuna 332 gün qalır.

1589-cu il - Moskva Patriarxlığının əsası qoyulub

1635-ci il - Hollandiyalılar Yeni Amsterdamın əsasını qoyub. İngilislərin nəzarətinə keçdikdən sonra şəhər Nyu-York adlandırılıb

1907-ci il - Rus kimyaçı Mendeleyev vəfat edib

1919-cu il - Portuqaliyada monarxiya bərqərar olub

1924-cü il - SSRİ-nin ilk konstitusiyası qəbul edilib

1943-cü il - Stalinqrad döyüşü başa çatıb

1955-ci il - Baykonur kosmodromu açılıb

1970-ci il - Münhendə ilk dəfə sinir transplantasiyası həyata keçirilib

1971-ci il - Su quşlarının məskəni kimi beynəlxalq əhəmiyyətə malik su-bataqlıq yerləri haqqında Konvensiya qəbul edilib

1971-ci il - İdi Amin Dada Uqandada dövlət çevrilişi yolu ilə hakimiyyətə gəlib

1977-ci il - Kolumbiya əsilli müğənni Şakira anadan olub

1989-cu il - Sonuncu sovet əsgəri Əfqanıstanı tərk edib

1993-cü il - Akademik Həsən Əliyev vəfat edib

1996-cı il - Prezident Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanda ilk dəfə Gənclər Forumu keçirilib. Bu tarix Azərbaycanda “Gənclər günü” kimi qeyd edilir

2004-cü il - Türkiyə hökuməti Ceyhan terminalına Heydər Əliyevin adinin verilməsi barədə qərar qəbul edib.

2005-ci il - Polad Bülbüloğlu “İstiqlal” ordeni ilə təltif edilib

2006-cı il - Bakıda Dünya Gömrük Təşkilatı Avropa regionu gömrük xidmətləri rəhbərlərinin beynəlxalq konfransı keçirilib

2009-cu il - MTN Bakı-Novorossiysk neft kəmərini partlatmaq istəyən qrupu zərərsizləşdirib.