www.nice.az > Xəbərlər > Günün tarixi [o1.o2.11]

Günün tarixi [o1.o2.11]


1 fevral 2011. Müəllif: GHoSTMaN
Günün tarixi [o1.o2.11]

1 fevral. İlin sonuna 333 gün qalır.

1720-ci il - İsveçrə və Prussiya arasında sülh sazişi imzalanıb

1732-ci il - Rusiya və İran arasında Rəşt sülhü imzalanıb

1800-cü il - Fransada referendum yolu ilə Konstitusiya qəbul edilib (3 011 007 səs lehinə, 1 562 əleyhinə)

1865-ci il - ABŞ-da köləlik ləğv edilib

1884-cü il - “Oksford lüğəti”nin ilk nəşri işıq üzü görüb

1918-ci il - Şah hökuməti ilə danışıqlar aparmaq üçün Azərbaycan hökuməti Tehrana Fövqəladə Diplomatik Missiya göndərib. Missiyaya hüquqşünas İsmayıl xan Ziyadxan rəhbərlik edib

1924-cü il - İngiltərə SSRİ-ni tanıyıb

1926-cı il - Qırğızıstan MSSR təşkil edilib

1931-ci il - Rusiyanın ilk prezidenti Boris Yeltsin anadan olub

1958-ci il - Misir və Suriya “Birləşmiş Ərəb Respublikası” yaradıb. Qurumun ömrü cəmi 3 il olub

1996-cı il - Rusiya və Ukraynada 1 milyon şaxtaçı tətilə başlayıb

1999-cu il - Türk müğənni Barış Manço vəfat edib

2004-cü il - Rejissor Lütfi Məmmədbəyov vəfat edib.