www.nice.az > Xəbərlər > Günün tarixi [31.o1.11]

Günün tarixi [31.o1.11]


31 yanvar 2011. Müəllif: GHoSTMaN
Günün tarixi [31.o1.11]

31 yanvar. İlin sonuna 334 gün qalır.

1747-ci il - Londonda ilk dəfə zöhrəvi xəstəliklər klinikası açılıb

1865-ci il - Dmitri Mendeleyev “Spirtin su ilə birləşmələri” adlı dissertasiya müdafiə edib. Bir çox tədqiqatçının fikrincə ilk dəfə o, “vodka”nın dəqiq konsentrasiyasını tapa bilib

1884-cü il - Azərbaycan Demokratik Respublikasının banisi Məmməd Əmin Rəsulzadə anadan olub

1903-cü il - Rəssam Ələkbər Rzaquluyev anadan olub. O, eyni gündə 1974-cü ildə Bakıda vəfat edib

1946-cı il - Yeni Konstitusiya ilə Yuqoslaviya 6 respublikadan ibarət federasiyaya çevrilib

1950-ci il - ABŞ prezidenti Harri Trumen hidrogen bombası planını açıqlayıb

1963-cü il - Aktyor Ələsgər Ələkbərov vəfat edib

1970-ci il - Sovet vertolyot konstruktoru (Mİ seriyalı vertolyotlar) Mixail Mil vəfat edib

1990-cı il - Keçmiş SSRİ-də ilk McDonalds Moskvada açılıb

1992-ci il - Yanvar ayı ərzində erməni terrorçu dəstələri Kərkicahan qəsəbəsində 80 azərbaycanlını qətlə yetirib

1992-ci il - Milli qəhrəman Təbriz Xəlilbəyli vəfat edib