www.nice.az > Xəbərlər > Günün tarixi [29.o3.11]

Günün tarixi [29.o3.11]


29 mart 2011. Müəllif: GHoSTMaN
Günün tarixi [29.o3.11]

29 mart. İlin sonuna 277 gün qalır.

1555-ci il - Amasiyada Səfəvi və Osmanlı dövlətləri arasında sülh müqaviləsi imzalanıb

1803-cü il - Rus qoşunları Car-Balakəni işğal edib

1848-ci il - Niaqara çayında “buz tıxacı” əmələ gəldiyi üçün Niaqara şəlaləsi 30 saatdan çox dayanıb

1882-ci il - Fransada dünyəvi, pulsuz və icbari təhsil sistemi tətbiq edilib

1919-cu il - Azərbaycan ordusu Əsgəran istiqamətində əks hücuma keçib. İlk hücum uğursuz olsa da aprelin əvvəlində ermənilər geri oturdulub.

1938-ci il - Hərbi məhkəmə türk şair Nazim Hikmət barədə 28 il həbs qərarı verib

1939-cu il - Yazıçı Süleyman Sani Axundov vəfat edib

1955-ci il - Fransada dəmir yolunda o dövrün sürət rekordu əldə edilib: 331 km/saat.

1959-cu il - Milli Qəhrəman İlqar İsmayılov anadan olub

1971-ci il - Beynəlxalq patent təsnifatı haqqında Strasburq Sazişi imzalanıb. Azərbaycan bu sazişə 13 may 2003-cü ildə qoşulub

1973-cü il - Sonuncu amerikan əsgəri Vyetnamı tərk edib

1974-cü il - ABŞ-ın “Mariner 10” kosmik gəmisi Merkuri planetinin fotolarını çəkib

1976-cı il - Akademik Feyzulla Qasımzadə vəfat edib

1994-cü il - Azərbaycan Respublikası Milli Məclisi 20 yanvar faciəsinə hüquqi-siyasi qiymət verib

1996-cı il - Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında “Konsulluq Konvensiyasının ratifikasiya fərmanlarının mübadiləsi haqqında Protokol” imzalanıb

2006-cı il - Azərbaycan Prezidenti valideyn himayəsindən məhrum olmuş uşaqların müdafiəsi haqqında yeni dövlət proqramını təsdiqləyib.