www.nice.az > Xəbərlər > Günün tarixi [3o.o3.11]
Günün tarixi [3o.o3.11]30 mart 2011. Müəllif: GHoSTMaN |
![]() 30 mart. İlin sonuna 276 gün qalır. 1432-ci il - Osmanlı hökmdarı Fateh Sultan Mehmed anadan olub 1746-cı il - İspan rəssam Fransisko Qoyya anadan olub 1795-ci il - Fransada Şərq Dilləri və mədəniyyəti İnstitutu (İNALCO) təsis edilib. Burada 2002-ci ildən etibarən Azərbaycan dili də tədris edilir 1820-ci il - Fransada mətbuata senzura tətbiq edilib 1853-cü il - Holland rəssam Van Qoq anadan olub 1867-ci il - ABŞ Alyaskanı Rusiyadan 7 200 000 dollara alıb 1844-cü il - Fransız şair Pol Verlen anadan olub 1894-cü il - Sovet aviasiya mühəndisi Sergey İlyuşin anadan olub 1918-ci il - 30 mart-1 aprel tarixlərində bolşevik daşnaq qüvvələri Bakıda soyqırımı törədib 1920-ci il - Nəsib bəy Yusifbəylinin beşinci hökumət kabineti istefa verib 1944-cü il - İkinci dünya müharibəsinin gedişində İngilis aviasiyası Nürenberqi bombalayıb 1945-ci il - Sovet qoşunları Avstriyanın paytaxtı Vyananı azad edib 1961-ci il - Birləşmiş Millətlər Təşkilatının “Narkotik vasitələr haqqında Vahid Konvensiyası†qəbul edilib 1977-ci il - Uranın 5 halqası aşkar edilib 1981-ci il - Keçmiş SSRİ-də yay vaxtı tətbiq edilib 1992-ci il - Azərbaycan Respublikası İraq ilə diplomatik əlaqələr qurub 2000-ci il - BMT-nin Kimyəvi silahlara dair konvensiyası Azərbaycanda qüvvəyə minib. Azərbaycan bu Konvensiyaya 9 noyabr 1999-da qoşulub 2004-cü il - Azərbaycan Respublikası “Ölkələrarası övladlığa götürmə ilə bağlı uşaqların müdafiəsi və əməkdaşlıq haqqında Konvensiyaâ€ya qoşulub 2009-cu il - MSK Konstitusiyaya əlavə və dəyişiklərlə bağlı referendumun nəticələrini rəsmən elan edib. |