www.nice.az > Xəbərlər > Memio Personal Item Tracker Aləti
Memio Personal Item Tracker Aləti30 mart 2011. Müəllif: Sparrow |
![]() Memio Personal Item Tracker Aləti Unutqanlıq insana xas olan təbii bir xüsusiyyətdir. Amma bu gün texniki tərəqqi dövründə hətta bu problemi belə asanlıqla həll etmək mümkündür. Bu məqsədlə dizayner Rob Prikettin (Rob Prickett) işləyib hazırladığı Memio Personal Item Tracker alətindən istifadə etmək kifayətdir. Memio Personal Item Tracker Alətinin Özəllikləri Bu idarəetmə vasitəsi dəbli üslubda işlənmiş metal korpusa malikdir. İstifadəçi interfeysi də gözoxşayan, sadə və intuitiv görünüşü ilə diqqəti cəlb edir. Memio Personal Item Tracker Vasitəsinin İş Prinsipi Memio evdə tez-tez unudulan bir sıra xırda əşyaları yadda saxlamaq üçün proqramlaşdırılır. Bu məqsədlə, bütün əşyaların tam siyahısını tərtib etmək və evdən çıxmazdan öncə ekrana nəzər salmaq kifayətdir. Evdə qalmış əşyalar qırmızı nöqtə ilə işarələnəcək. Menyuda müvafiq bölməni seçməklə siz bu və ya digər əşyanın yerini asanlıqla müəyyənləşdirə bilərsiniz. |