www.nice.az > Xəbərlər > Günün tarixi [26.o3.11]

Günün tarixi [26.o3.11]


26 mart 2011. Müəllif: GHoSTMaN
Günün tarixi [26.o3.11]

26 mart. İlin sonuna 280 gün qalır.

1668-ci il - İngiltərə Bombeydə nəzarəti ələ alıb

1793-cü il - Müqəddəs İmperiya Fransaya müharibə elan edib

1812-ci il - Venesuelanın Karakas şəhəri güclü zəlzələ nəticəsində yerlə yeksan olub

1820-ci il - Fransada fərdi azadlıqlar məhdudlaşdırılıb

1827-ci il - Alman bəstəkar Lüdviq van Bethoven vəfat edib

1845-ci il - ABŞ-da tibbi plastırı patentləşdirilib

1868-ci il - Misir kralı I Fuad anadan olub

1872-ci il - Rusiyada il poçt markası buraxılıb

1885-ci il - Jorj İstmən ilk dəfə kinodan kommersiya məqsədləri üçün istifadə edib

1893-cü il - Opera müğənnisi Fatma Muxtarova anadan olub

1899-cu il - Almaniyalı arxeoloq Robert İohan Koldevey Mesapatomiyanın Babil şəhərinin divarlarını kəşf edib

1902-ci il - Xanəndə Yavər Kələntərli anadan olub

1910-cu il - Aktyor Ələsgər Ələkbərov anadan olub

1913-cü il - Bolqar qoşunu Ədirnəni ələ keçirib

1926-cı il - Polşa və Rumıniya arasında ittifaq qurulub

1934-cü il - Böyük Britaniyada ilk dəfə avtomobil idarə etmə imtahanları keçirilib

1941-ci il - Keçmiş SSRİ-də “Stalin mükafatı” təsis edilib

1953-cü il - Lavrenti Beriya Kommunist partiyasına amnistiya layihəsi təqdim edib. Layihəyə əsasən həbsdə olanların yarısı azadlığa çıxmalı idi. Layihə ertəsi gün təsdiqlənib

1971-ci il - Banqladeş müstəqilliyini elan edib

1972-ci il - Fransada Dəmir Yolu Dövlət Şirkəti (SNCF) yüksək sürət qatarını (TGV) istifadəyə verib

1973-cü il - London Fond Birjası zalına ilk dəfə olaraq qadınlar buraxılıb

1973-cü il - Tarzən Əhməd Bakıxanov vəfat edib

1989-cu il - Yasir Ərəfat Fələstin muxtariyyətinin prezidenti seçilib

1995-ci il - Avropa İttifaqına daxil olan on beş ölkədən yeddisində (Almaniya, Fransa, Belçika, Lüksemburq, Hollandiya, İspaniya, Portuqaliya) insanların sərbəst gediş-gəlişini təmin edən Şengen sazişi qüvvəyə minib

1998-ci il - Prezident Heydər Əliyev “Azərbaycanlıların genosidi haqqında” fərman imzalayıb. Martın 31-i azərbaycanlıların soyqırımı günü elan edilib

1999-cu il - Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyi və Özbəkistan Respublikası Milli Təhlükəsizlik Xidməti arasında əməkdaşlıq və qarşılıqlı fəaliyyət haqqında Saziş imzalanıb

2002-ci il - Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi və Gürcüstanın Dövlət sərhədinin mühafizəsi Dövlət Departamenti arasında əməkdaşlığa dair 3 saziş imzalanıb

2003-cü il - Pekin atipik pnevmaniya epidemiyasını gizlətdiyini etiraf edib

2003-cü il - Səddam Hüseyin rejiminə qarşı yeni cəbhə yaratmaq üçün amerikan ordusunun minə qədər paraşütçüsü İraqın şimalında dislokasiya edilib.