www.nice.az > Xəbərlər > Günün tarixi [27.o3.11]
Günün tarixi [27.o3.11]27 mart 2011. Müəllif: GHoSTMaN |
![]() 26 mart. İlin sonuna 279 gün qalır. 1845-ci il - Alman fizik Vilhelm Rentgen anadan olub 1855-ci il - ABŞ-da kerosin patentləşdirilib 1893-cü il - Aleksandr Bellin telefon şirkəti fəaliyyətə başlayıb 1917-ci il - Bakıda Müsəlman İctimai təşkilatları Şurası və onun Müvəqqəti komitəsi təşkil edilib. 1918-ci il - 27-29 mart tarixlərində bolşevik daşnaq qüvvələri Şamaxıda soyqırımı törədib 1919-cu il - ADR parlamentinin qərarı ilə Gömrük İdarəsi yenidən təşkil edilib 1920-ci il - Denikinin qoşunları Krıma soxulub 1920-ci il - Rusiya Kommunist partiyasının XI konfransı keçirilib 1927-ci il - Bəstəkar Mstislav Rostropoviç Bakıda anadan olub 1948-ci il - Misirdə Asuan bəndinin tikintisinə başlanıb. Layihənin hazırlanmasında SSRİ Hidrolayihə İnstitutunun Bakı şöbəsinin əməkdaşları fəal iştirak edib. Azərbaycanın 2-ci prezidenti Əbülfəz Elçibəy tikintidə tərcüməçi kimi çalışıb 1957-ci il - Azərbaycan qadınlarının II qurultayı işə başlayıb 1968-ci il - Sovet kosmonavtı Yuri Qaqarin müəmmalı şəkildə həlak olub 1978-ci il - Sovet İttifaqı vətəndaşlığından məhrum edildikdən sonra, Rostropoviç SSRİ Bəstəkarlar İttifaqı üzvlüyündən də çıxarılıb 1986-cı il - Aktyor Səməndər Rzayev vəfat edib 1992-ci il - Azərbaycan Respublikası Misir, Kuba və Filippin ilə diplomatik əlaqələr qurub 1996-cı il - Azərbaycan və Rumıniya arasında hava əlaqələri haqqında Saziş imzalanıb 1997-ci il - Azərbaycan prezidenti Heydər Əliyev Ukraynanın ali mükafatı "Yaroslav Mudrı" ordeni ilə təltif edilib 1998-ci il - Alman avtomobil konstruktoru Ferdinand Porşe vəfat edib. |