www.nice.az > Xəbərlər > Azərbaycan bu gecə yay vaxtına keçir
Azərbaycan bu gecə yay vaxtına keçir26 mart 2011. Müəllif: Two_raL |
![]() Azərbaycan yay vaxtına keçir. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən bildirilib ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, 27 mart 2011-ci il tarixində saat 4.00-da Azərbaycan ərazisində saatlar 1 saat irəli çəkilməklə yay vaxtına keçiləcək. Nazirlər Kabinetinin “Azərbaycan Respublikası ərazisində yay vaxtının tətbiq edilməsi haqqında†17 mart 1997-ci il tarixli qərarına əsasən, hər il mart ayının son bazar günü saat 4.00-da saatların əqrəbləri bir saat qabağa çəkilməklə yay vaxtına keçilir. Qərarın icrasına nəzarəti Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi həyata keçirir. |