www.nice.az > Xəbərlər > 5-i 1-də [25.o3.11]
5-i 1-də [25.o3.11]25 mart 2011. Müəllif: GHoSTMaN |
![]() Günün Qoroskopu Göylərin mənzərəsi 25 mart, cümə, XXI Ay günü Günəş - Qoçda Ay - Oxatanda Merkuri - Qoçda Venera - Dolçada Mars - Balıqlarda Yupiter - Qoçda Saturn - Tərəzidə Uran - Balıqlarda Neptun - Dolçada Pluton - Oğlaqda Günün Aforizmi "Səadət qapını açmasa bu gün Kəsmə ümidini ondan büsbütün" "Nizami" Ulduz Falı Münəccim öncəgörümləri Qoç - (21 Mart ![]() - Nikah bağlanması, ev işlərinin və təmirin aparılması, təzə yerə köçmə, müxtəlif səfərlər üçün uğurlu gündür. Maddi durumunuzdan və səhhətinizdən şikayətiniz olmayacaq. Ünsiyyətlərinizdən faydalanacaqsınız. Buğa - (21 Aprel ![]() - Səhhətinizə qarşı diqqətli olmalısınız. Sevgi münasıbətlərində qarşılıqlı ittihamlar və yoxlamalar davam edir. Maddi durumunuzu yaxşılaşdırmaq şanslarınız məhduddur. Əkizlər - (21 May ![]() - Səhhətiniz sizin üçün problem yaratmayacaq. Ünsiyyətlərinizdən razı qalmaq istəyirsizsə, biliklərinizi artırın. Yaxın yoldaşlarınızın köməyi olmasa, çətinliklə üzləşəcəksiniz. Maddi vəziyyətinizi yaxşılaşdıracaqsınız. Xərçəng - (21 İyun ![]() - Maddi vəziyyətinizi yaxşılaşdırmaq imkanlarınız məhduddur. Ünsiyyətlərinizdə problem yarana bilər. Səhhətiniz zora salmayın. Müdiriyyətlə münasibətlərinizdə ayıq olun. Şir - (22 İyul ![]() - Ovqatınız yüksək olacaq. Ünsiyyətləriniz gələcək fəaliyyətinizdən ötrü müsbət rol oynayacaq. Biznes planlarını həyata keçirmək indi elə də böyük səy tələb etmir. Qız - (24 Avqust ![]() - Səhhətinizlə bağlı problemləri həll etmək üçün vaxt tapın. Mübahisə və münaqişələrə vaxt sərf etməyin, uğur qazanmayacaqsınız. Maddi durumunuzu yaxşılaşdırmaqdan ötrü çox çalışmalısınız. Tərəzi - (24 Sentyabr ![]() - Nəzərdə tutduğunuz bütün planları yüksək keyfiyyətlə həyata keçirə biləcəksiniz. Sağlamlığinizın səviyyəsi qənaətbəxşdir. Ünsiyyətlərinizdə güzəştə getməyi bacarmalısınız. Əqrəb - (24 Oktyabr ![]() - Çətin gündür. Heç bir işiniz istədiyiniz kimi rahat alınmır. Biznes planlarını həyata keçirmək demək olar ki, mümkün deyil. Səhhətiniz özünə qarşı diqqət tələb edir. Oxatan - (23 Noyabr ![]() - Romantik əhval-ruhiyyəniz yüksək olacaq. Səhhətinizlə bağlı probleminiz yoxdur. Özünüzü güclü hiss edəcəksiniz. Ünsiyyətlərinizdən çox şey öyrənəcəksiniz. Oğlaq - (22 Dekabr ![]() - İşləriniz çətinliklə gedir. Maddi durumunuzu yaxşılaşdırmaq şanslarınız çox azdır. Ünsiyyətləriniz o qədər də səmimi deyil. Günahkarı bağışlamağı bacarın. Səhhətiniz qayğı tələb edir. Dolça - (21 Yanvar ![]() - Ağlınız və biliyinizlə fərqlənəcəksiz. Yeni tanışlıq meydana gələcək. Səhhətinizdən ciddi şikayətiniz olmayacaq. Özünüzdən razılığınızı büruzə verməyin. Balıqlar - (20 Fevral ![]() - Çətin keçən bu gündə xeyir gətirən maliyyə işlərinizin heç biri gözlədiyiniz nəticəni verməyəcək. Səhhətinizə qarşı diqqətli olmalısınız. Ünsiyyətlərinizdə heç kəsi öz problemlərinizlə yükləməyin. Günün Təamı ![]() Kəsmikli limonlu keks Çox zərif və olduqca ləzzətli keksdir. Əgər çizkeykin dadını bilirsinizsə, bu keks bir qədər onu hatırladır. Onun kimi yumuşaqdır. Ərzaqlar: 250 g kəsmik və ya duzsuz ağ pendir 115 g kərə yağı, əridib soyudun 5 yumurta, otaq hərarətində bir çimdik vanil tozu 3/4 stəkan əla növ ağ un 1 1/4 stəkan şəkər tozu 1 stəkan qatıq (çox sulu olmasın) 1 limonun qabığı, sürtkəcin iri dişindən keçirilmiş üstü üçün şəkər kirşanı Qeyd: Diqqət yetirin ki, kəsmiyiniz çox sulu olmasın. Əgər suludursa, onu xəmirə qatmaqdan əvvləl tənzifə qoyub suyunu süzdürün. Kəsmik quru olmalıdır. Hazırlanma qaydası 1. Sobanı 180Cdək qızdırın. 2. Böyük bir qabda kəsmik və ya pendiri kiçik parçalar halına qələnədək ovun. Üstünə soyumuş kərə yağı, yumurta, vanil tozu və unu əlavə edin. Mikserlə qarışanadək təxminən bir dəqiqə ərzində çalın. Alınan kütlə aşağıdakı şəkildə göründüyü kimi olmalıdır. ![]() 3. Ayrı qabda şəkər tozu və qatığı mikserlə qarışanadək çalın. Üstünə rəndələnmiş limon qabığı əlavə edib qaşıqla qarışdırın. ![]() 4. Qatıqlı qarışığı kəsmikli qarışığa əlavə edib qaşıqla qarışdırın. Alınan kütlə bir qədər sulu olacaq. Bu normaldır. ![]() 5. 1 X 11 santimetr ölçüləri olan keks formasının dibini və kənarlarını azacıq yağlayın. Alınan kütləni yağlanmış formaya tökün. Sobanın orta rəfində 50 dəqiqə ərzində, üstü qızaranadək, bişirin. Keksin hazır olub olmamasını yoxlamaq üçün içərisinə kibrit batırıb çıxardın ∓ çıxan kibritə xəmir yapışmayıbsaвё keksiniz hazırdır (bu keks çox şişən kekslərdən deyil. Olduqca zərif və yumuşaqdır). Keks öz formasında tamamilə soyuduqdan sonra, onu yavaşca alt-üst çevirin. Sonra servis qabına çevirib üstünə şəkər kirşanı və istəyə görə, rəndələnmiş limon qabığı səpin. Nuş olsun! Hava Proqnozu Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin buludlu, əsasən yağmursuz olacaqdır. NiCe.aZ əyləncə portalının AzərTAc-a istinadən verdiyi məlumata görə, Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz olacaqdır. Gündüz arabir güclənən cənub-qərb küləyi axşam arabir güclənən şimal-qərb küləyi ilə əvəzlənəcək. Atmosfer təzyiqi 758 mm civə sütunundan 771 mm civə sütununadək yüksələcək. Nisbi rütubət gecə 70-80 faiz, gündüz 50-60 faiz olacaq. Havanın temperaturu gecə 3в°-5в° isti, gündüz 10в°-15в° isti təşkil edəcək. Bakıda gecə 3в°-5в°, gündüz 12в°-14в° dərəcə isti olacaq. |