www.nice.az > Xəbərlər > Kleopatra vəfat etdi

Kleopatra vəfat etdi


24 mart 2011. Müəllif: hebibi_p
Kleopatra vəfat etdi

Dünya kinosunun əvəzedilməz “Kleopatrası” Elizabet Teylor vəfat edib.

Məşhur aktrisa martın 23-də 79 yaşında ürək tutmasından dünyasını dəyişib.

Qeyd edək ki, Elizabet Teylor fevral ayında “kəskin ürək çatışmazlığı simptomları” ilə xəstəxanaya yerləşdirilib. O zaman aktrisaya müvafiq müalicə yazaraq, həkim nəzarəti altında saxlayıblar.

Londonda doğulan Teylor ilk dəfə səhnəyə 10 yaşında çıxıb. Bundan sonra onun karyerası yüksələn xətlə inkişaf edib. Hollivud kraliçası ilk “böyük” rolunu 1949-cu ildə dostu Robert Teylorla bir yerdə “Sui-qəsdçi” filmində oynayıb. Ona dünya şöhrətini “Kleopatra” filmi gətirib. “Ən yaxşı qadın aktrisa” kimi 2 dəfə “Oskar” alan Elzabet Teylor qonorarı milyonlarla dollarla ölçülən ilk aktrisa olub.