www.nice.az > Xəbərlər > 5-i 1-də [22.o3.11]

5-i 1-də [22.o3.11]


22 mart 2011. Müəllif: GHoSTMaN
5-i 1-də [22.o3.11]


Günün Qoroskopu


Göylərin mənzərəsi
22 mart, çərşənbə axşamı, XIX Ay günü
Günəş - Qoçda
Ay - Əqrəbdə
Merkuri - Qoçda
Venera - Dolçada
Mars - Balıqlarda
Yupiter - Qoçda
Saturn - Tərəzidə
Uran - Qoçda
Neptun - Dolçada
Pluton - Oğlaqda



Günün Aforizmi

"Sizin qanınız çoxdan halaldır, tökən olmayıb"
"Hacı Qaranın erməni ilə dialoqundan"



Ulduz Falı


Münəccim öncəgörümləri
Qoç - (21 Mart 5-i 1-də [22.o3.11] 20 Aprel)
- Səhhətinizdən muğayat olmalısınız. Özünüzü havanın sürprizlərindən gözləyin. Əsas fəaliyyətinizi həyata keçirərkən problemlərlə üzləşməlisiniz.

Buğa - (21 Aprel 5-i 1-də [22.o3.11] 20 May)
- Gücünüzün çoxluğundan istifadə etməyin vaxtıdır. Maddi durumunuzu artıra bilərsiniz. Ünsiyyətlərinizdə problemlər qalmaqdadır.

Əkizlər - (21 May 5-i 1-də [22.o3.11] 20 İyun)
- Səhhətinizə qarşı diqqətli olmalısınız. Əsas işləriniz getmir. Yaxın adamların yardımına böyük ehtiyacınız var. Məsləhətləri dinləməyi və ona əməl etməyi bacarın.

Xərçəng - (21 İyun 5-i 1-də [22.o3.11] 21 iyul)
- Maddi durumunuzu yaxşılaşdırmaq yönündə gördüyünüz işləriniz alınacaq. Özünüzdə yenilməz güc hiss edəcəksiniz. Gücünüzdən səmərəli istifadə edin.

Şir - (22 İyul 5-i 1-də [22.o3.11] 23 Avqust)
- Səhhətiniz problem yarada bilər. İşləriniz alınmayacaq. Siz artıq buna vərdiş etmisiniz. Amma çox tezliklə hər şey dəyişəcək və əsas işləriniz gedəcək. Dözümlü olun.

Qız - (24 Avqust 5-i 1-də [22.o3.11] 23 Sentyabr)
- Bu gün sizin üçün rahat keçən günlərdən biridir. Səhhətiniz normaldır. Ötən vaxtların səhvlərinizi artaşdırıb, bir daha onları təkrar etməyin.

Tərəzi - (24 Sentyabr 5-i 1-də [22.o3.11] 23 Oktyabr)
- Səhhətinizi incitməyin. Əsas fəaliyyətinizdəki biznes işləriniz alınmayacaq. Ünsiyyətlərinizi çoxaldın. Yorulmadan çalışmalarınıza rəğmən, konkret nəticə yoxdur.

Əqrəb - (24 Oktyabr 5-i 1-də [22.o3.11] 22 Noyabr)
- Romantik əhval-ruhiyyəniz yüksək olacaq. Bu gündən narazı qalmayacaqsınız. İşlərinizi xeyirli məcraya yönəltməyi bacarın. Dostlarınızı itirməyin.

Oxatan - (23 Noyabr 5-i 1-də [22.o3.11] 21 Dekabr)
- Səhhətinizin qayğısına qalmalısınız ki, nəzərdə tutduğunuz böyük işləri həyata keçirəndə problem yaratmasın. Heç kəsi qınamayın. Əsas işlərinizdən ötrü fəaliyyət proqramı tərtib edin.

Oğlaq - (22 Dekabr 5-i 1-də [22.o3.11] 20 Yanvar)
- Səhhətinizdən ciddi şikayətiniz olmayacaq. Çox böyük sevinc hissi yaşayacaqsınız. İşləriniz alınacaq, biznes planlarını həyata keçirə biləcəksiniz. Ünsiyyətlərinizdə dözümlü olun.

Dolça - (21 Yanvar 5-i 1-də [22.o3.11] 19 Fevral)
- Səhhətiniz qayğı tələb edir. Mənəvi gücünüz çox olduğundan. İşləriniz alınacaq. Özünüzü yenilməz ruh hiss edəcəksiniz. Ünsiyyətlərinizdə öhdənizə çox yük götürməyin.

Balıqlar - (20 Fevral 5-i 1-də [22.o3.11] 20 Mart)
- Gücünüz çox olmasına baxmayaraq, heç bir işiniz istədiyiniz kimi getmir. Buna görə əsəbiləşib səhhətinizi korlamayın. Adamlardan məsləhət almaqdan utanmayın.



Günün Təamı

5-i 1-də [22.o3.11]

Heyvalı və zəfəranlı toyuq

6 porsiya üçün Ərzaqlar:
4 ədəd orta boy heyva (təxminən 1 kg)
6 qaşıq duru yağ
2 çay qaşığı zəfəran teli
1.5 kg kiçik parçalara bölünmüş sümüksüz toyuq əti (mən sümüksüz bud əti alıram, döş əti ilə də ola bilər)
1 ədəd doğranmış orda boy baş soğan
0.5 stəkan suda həll olunmuş 2 xörək qaşığı tomat
10 ədəd quru qavalı
zövqə görə duz
zövqə görə istiot


Hazırlanma qaydası
1. Zəfəran tellərini həvəngdəstə vasitəsiylə döyün və toz halına gətirin. Bir-iki xörək qaşığı isti suda həll edin.

2. Heyvanın qabığını soymadan dilimləyin. Dilimlər orta qalınlıqda olmalıdır.

5-i 1-də [22.o3.11]

3. Tavada yağı qızdırın və heyvaları əlavə edib arada qarışdıraraq təxminən 5 dəqiqə ərzində qızardın. Sonra zəfəran dəmini əlavə edib 5 dəqiqə də bişirin. Arada qarışdırın ki, heyva zəfəranı çəksin. Kənara qoyun.

4. İri tavada qalan yağı qızdırın və toyuğu əlavə edərək təxminən 5 dəqiqə ərzində bişirin.

5. Sonra bu tavaya soğanı əlavə edin və birlikdə 6-7 dəqiqə bişirin. Toyuq sulanmağa başlayanda, suda həll olunmuş tomatı əlavə edin. 10-15 dəqiqə, tavanın suyu çəkilib bir qədər qatılaşana qədər bişirin. Bu mərhələdə toyuq hardasa bişmiş, amma tamamilə bişmiş olmamalıdır.

5-i 1-də [22.o3.11]

6. Toyuğa heyvaları və quru gavalını əlavə edin. Zövqə görə duz və istiot vurun. Vam odda, qapağı örtülü, toyuq və heyva yumuşalana qədər (heyva diri qalmalıdır) bişirin.

Nuş olsun!



Hava Proqnozu


Bu gün Bakıda və Abşeron yarımadasında Buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, gecə və axşam yarımadanın bəzi yerlərində yağıntılı olacağı gözlənilir.

NiCe.aZ əyləncə portalının AzərTAc-a istinadən verdiyi məlumata görə, Bakıda və Abşeron yarımadasında Buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, gecə və axşam yarımadanın bəzi yerlərində yağıntılı olacağı gözlənilir. Səhər zəif duman olacaq, Cənub küləyi gündüz arabir güclənən şimal-qərb küləyi ilə əvəzlənəcəkdir. Atmosfer təzyiqi 760 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək. Nisbi rütubət 75-85 faiz təşkil edəcəkdir.

Bakıda gecə 3в°-5в°, gündüz 6в°-8в° dərəcə isti olacaq.