www.nice.az > Xəbərlər > Dinləməyi Bacaran Eynək Konsepti

Dinləməyi Bacaran Eynək Konsepti


23 mart 2011. Müəllif: Sparrow
Dinləməyi Bacaran Eynək Konsepti

Dinləməyi Bacaran Eynək Konsepti

Dinləmək, görmək, hərəkət etmək və ya danışmaq qabiliyyətini itirmiş insan özünü tam mənada xoşbəxt hiss edə bilmir. Amma nə yaxşı ki, bu gün meydana çıxan yeni-yeni telefon, fotokamera, saat, pleyer kimi qurğular arasında qeyri-adi funksionallığa malik qacetlər də var! Məhz belə qurğuların sayəsində həyatın bir çox gözəlliklərindən məhrum olmuş insanlar ətraf aləmi tam mənada duyub zövq ala bilərlər.

Eynək-Proyektorun İşləmə Mexanizmi
Belə qacetlərdən biri də Danimarkalı dizayner Mads Sukhdev Hindhede tərəfindən işlənib hazırlanmış Babel koseptual qurğusudur. Bu qurğu zəif eşidən insanlar üçün nəzərdə tutulub.
Bu eynək-proyektorun qeyri-adi bir funksiyası var: insanın səsini hər gün küçədə, işdə və evdə eşitdiyimiz ümumi səs-küydən ayıraraq mətn şəklində şüşə ekranlara çıxarır.


Eynəyin Özəllikləri
Bu maraqlı eynəyin qulaqlığında (qulağa taxılan yay hissəsində) səsi dəf edən iki mikrofon və həmçinin informasiyanı emal edərək mətnə çevirən kiçik bir qurğu yerləşdirilib. Sistemin normal funksionallığını təmin etmək məqsədilə gözlük litium-ion akkumulyatoru ilə təchiz edilmişdir.
Bundan əlavə, xüsusi proqram təminatı və mikro USB portunun köməyilə bu dinləmə aparatının məlumat bazasını yeniləmək və ya artırmaq olar.
Konsept Reallaşacaqmı?
Hələlik, Babel sadəcə bir konsept olaraq qalır. Amma bu konseptin yaxın gələcəkdə gerçək olacağı şübhə doğurmur.