www.nice.az > Xəbərlər > 5-i 1-də [18.o3.11]

5-i 1-də [18.o3.11]


18 mart 2011. Müəllif: GHoSTMaN
5-i 1-də [18.o3.11]


Günün Qoroskopu


Göylərin mənzərəsi
18 mart, cümə, XV Ay günü
Günəş - Balıqlarda
Ay - Qızda
Merkuri - Qoçda
Venera - Dolçada
Mars - Balıqlarda
Yupiter - Qoçda
Saturn - Tərəzidə
Uran - Qoçda
Neptun - Dolçada
Pluton - Oğlaqda



Günün Aforizmi

"Qorxu qəddarlığın anasıdır"
"Mişel Monten"



Ulduz Falı


Münəccim öncəgörümləri
Qoç - (21 Mart 5-i 1-də [18.o3.11] 20 Aprel)
- Evdə təmir-inşaat, bərpa işləri məsləhətdir. Səhhətinizə qarşı diqqətlıi olmalısınız. Biznes planlarınızı həyata keçirmək o qədər də asan başa gəlməyəcək.Özünüzdə yenilməz ruh hiss edirsiniz.

Buğa - (21 Aprel 5-i 1-də [18.o3.11] 20 May)
- Səhhətinizdən şikayətiniz yoxdur. Sevgi münasibətlərində qarşılıqlı ittihamlar davam edir. İndi biznes işləriniz istədiyiniz kimi alınır. Maddi imkanlarınızı artırmaq üçün cəsur olmalısınız.

Əkizlər - (21 May 5-i 1-də [18.o3.11] 20 İyun)
- Səhhətinizin nazı ilə oynamalısınız. Ciddi-cəhdlə çalışdığınız işləriniz belə, alınmır. Ünsiyyətlərinizin xoş ovqatlarından məmnun qalacaqsınız.

Xərçəng - (21 İyun 5-i 1-də [18.o3.11] 21 iyul)
- Gücünüz hiss olunacaq qədər çoxdur. Bununla belə, əlinizi atdığınız elə bir iş yoxdur ki, konkret xoşagələn nəticələriniz olsun. Ünsiyyətlərinizə yenidən baxmalısınız.

Şir - (22 İyul 5-i 1-də [18.o3.11] 23 Avqust)
- Heç bir işiniz ürəyiniz istəyən kimi rahat alınmır. Səhhətinizlə bağlı problemləri həll etməlisiniz.Yaxın hesab etdiyiniz adamların sayəsində gərgin şəraiti yüngülləşdirməyə müvəffəq olacaqsınız.

Qız - (24 Avqust 5-i 1-də [18.o3.11] 23 Sentyabr)
- Səhhətinizdən şikayət etməyə ixtiyarınız yoxdur. Bununla belə, özünüzü soyuqdan gözləyin. Biznes planlarını həyata keçırmək imkanlarınızdan genış istifadə etməlisiniz.

Tərəzi - (24 Sentyabr 5-i 1-də [18.o3.11] 23 Oktyabr)
- Maddi imkanlarınızı artırmaq cəhdləriniz bir fayda vermir. Səhhətinizə qarşı diqqətinizi artırmalısız. Ünsiyyətlərinizdəki səmimiliyə görə dolaşıq işlərinizə aydınlıq gələcək.

Əqrəb - (24 Oktyabr 5-i 1-də [18.o3.11] 22 Noyabr)
- Səhhətinizdən şikayətlənməyə ixtiyarınız yoxdur. Ünsiyyətlərinizdəki qarşılıqlı narazılıq sizi darıxdıracaq. İşləriniz istədiyiniz kimi rahat alınacaq, nəticəsindən razı qalacaqsınız.

Oxatan - (23 Noyabr 5-i 1-də [18.o3.11] 21 Dekabr)
- Səhhətiniz sizin üçün gərginlik yarada bilər. Sevgi münasibətlərindən başqa heç nə eyninizi açmır. Maddi durumunuzu artırmaq cəhdlərinizdə konkret nəticə gözləməyin.

Oğlaq - (22 Dekabr 5-i 1-də [18.o3.11] 20 Yanvar)
- Səhhətiniz sizin üçün problem yaratmayacaq. Biznes planlarını həyata keçirərkən istədiyiniz nəticəni ala bilərsiniz. Tələskənliyiniz və prinsipiallığınız ucbatından ünsiyyətlərinizdə gərginlik yaranıb.

Dolça - (21 Yanvar 5-i 1-də [18.o3.11] 19 Fevral)
- Səhhətinizin problemlərini axıra kimi həll etməlisiniz. Əsas işləriniz çətinliklərlə olsa da, alına bilər. Qarşınızdakı adamın heysiyyətinə toxunmadan ünsiyyətlərinizi qurun. Sizə dəxli olmayan işlərə qarışmayın.

Balıqlar - (20 Fevral 5-i 1-də [18.o3.11] 20 Mart)
- Biznes fəaliyyətinizin planlarını uğurla həyata keçirə bilərsiniz. Yaxın hesab etdiyiniz adamlara yardımınız dəyəcək. Ünsiyyətlərinizdəki gərginlik davam edir.



Günün Təamı

5-i 1-də [18.o3.11]

Mimoza salatı

Ərzaqlar
450 qram dərisiz və sümüksüz toyuğun döş əti
1/2 çay qaşığı duz (toyuğun qaynadığı suya əlavə etmək üçün)
1/2 stəkan xırda doğranmış qoz ləpəsi
3 ədəd orta boy kartof
2 ədəd yumurta
3 ədəd orta boy yerkökü
zövqə görə duz
6 qaşıq xama (zövqə görə bu miqdarı artırmaq da olar) + 6 qaşıq mayonez (zövqə görə bu miqdarı artırmaq da olar)
rəndələnmiş Holland pendiri


Hazırlanma qaydası

Qeyd 1: Əgər mayoneziniz duzludursa, layların arasına səpdiyiniz duzun miqdarını azaldın ki, salat çox duzlu olmasın.

Qeyd 2: Mimoza salatını balıqla da düzəltmək olar. Toyuq ətinin əvəzinə, duzlu siyənək balığından (rusca: selyodka) istifadə edin.

1. Toyuq ətini duz əlavə edilmiş suda bişirin. Sonra süzün və kənara qoyun. Soyuduğunda, bıcaqla uzunsov doğrayın və ya əlinizlə didin.

2. Karktof, yerkökü və yumurtaları suda bişirib qabıqlarını soyun. Sürtgəcin iri dişindən keçirib, ayrı-ayrı qablara qoyun.

3. Hazırladığınız ərzaqları aşağıda verilən ardıcıllıqla servis qabına lay-lay düzün.
toyuq ətinin yarısı
xama-mayonez qarışığı
qozun yarısı
kartofun yarısı
duz
xama-mayonez qarışığı
yumurtaların yarısı
duz
yerkökünün yarısı
xama-mayonez qarışığı

Layları eyni şəkildə davam edin. Ən üstdə yerkökü olmalıdır.

4. Axırıncı layın üstünə və salatın kənarlarına xama-mayonez qarışığı sürtüb, üstünə Holland pendiri sərpişdirin (bəzən mən pendirin yerinə nar dənələri qoyuram).

Nuş olsun!



Hava Proqnozu


Bu gün Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə zəif duman olacağı gözlənilir.

NiCe.aZ əyləncə portalının AzərTAc-a istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə zəif duman olacağı gözlənilir. Atmosfer təzyiqi 765 millimetr civə sütunu, nisbi rütubət gecə 75-85 faiz, gündüz 60-65 faiz olacaq.

Bakıda gecə 4в°-6в°, gündüz 13в°-15в° dərəcə isti olacaq.